1992-ci il fevralın 25-dən 26-na keçən gecə Qarabağın Xocalı şəhərində baş verən soyqırım Azərbaycan xalqının çəkiləsi mümkün olmayan dərdlərdən biridir. Bu, bütün insanlığa qarşı törədilən cinayətdir. Xocalı faciəsi zamanı yüzlərlə azərbaycanlı qətlə yetirilib, itkin düşüb və girov götürülüb. O, gecə dəhşətli bir gecəydi. İyirmi beş il bundan öncə, Xocalıda analoqu olmayan qanlı terror, millətimizə qarşı soyqrım hadisəsi baş verdi. Həyatımda duyduğum ən ağır gün azərbaycanılıların Soyqırımıdır. Tarixin qaranlıq səhifələrində bu cür dəhşətli vəhşiliklərə rast gəlməmişik. Dinc insanların o gecədə nə yaşadıqların izah etmək qeyri-mümkündür, çünki ermənilərin etdiyi vəhşiliklər ağlasığmazdır.
Xocalı Soyqırmının, bu dəhşətli hadisənin ağrı-acısını bu gün respublikamızın müxtəlif rayonlarına səpələnmiş Xocalı sakinləri ilə birlikdə bütün xalqımız çəkir. Erməni hərbi birləşmələri südəmər körpələrə, əlsiz-ayaqsız qocalara, qadınlara, uşaqlara belə aman vermədi. Müsibət var ki, ölüm onun yanında heç nədir. Beş yaşlı uşağın diri-diri başının dərisi soyulursa, ananın gözü qarşısında körpəsini nizəyə keçirib çaya tullayırlarsa, cavan oğlanı yerə uzadıb boğazına bıçaq çəkirlərsə, qulaqlarından, qollarından, qıçlarından ağac dirəklərə mıxlayırlarsa, qocaları məftillərə bağlayıb maşınların arxasınca sürüyürlərsə, südəmər körpənin sinəsini yarıb ürəyini çıxarırlarsa, bax, bu, zülüm və dəhşətdir. Bu dərd o qədər çəkilməzdir ki, onu söz ilə deyil, yalnız sənədlər, dillər nümayiş etdirlə bilərlər. Ermənilərin Xocalı şəhərinin hədəfə almaqda məqsədi nə idi? Bir tərəfdən Dağlıq Qarabağı özünə birləşdirmək istəyir, bu yolda bütün vəhşiliyə hazır olduqlarını nümayiş etdirdilər. Xocalı Soyqırımı zamanı 613 nəfər öldürüldü, 1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil oldu, 106 nəfər qadın, 63 azyaşlı uşaq, 70 qoca, öldürüldü, 8 ailə diri-diri yandırılmışdır, 25 uşaq hər iki valideynini, 130 nəfər valideyinlərindən birini itirdi. Faciə baş verən gecə 1275 nəfər dinc sakin girov götürüldü, onların 150-sinin taleyi indi də məlum deyil. Hökumətimiz erməni şovinist millətçilərinin həmvətənlrimizə qarşı törədiyi cinayətlər, o cümlədən, Xocalı Soyqırımı haqqında həqiqətlərin dünya ictimayətinə çatdırılması, onun soyqırımı kimi tanınması üçün məqsədyönlü və ardıcıl olaraq fəaliyyət göstərir. Məqsidimiz tarixi ədalətin bərpasına nail olmaq, cinayətkarları ifşa etmək və onları dünya ictimaiyyətinin mühakiməsinə verməkdir. Bu gün etdiklərimiz Xocalı soyqırımının yaralarını sağalda bilməz. Bizim edə bilcəyimiz yalnız həmin dəhşətli tarixi unutmamaqdır.
Sevinc Quluyeva,
Azərbaycan Respublikasının
Prezidentinin İşlər İdarəsinin
Siyasi Sənədlər Arxivinin
Baş-mütəxəssis kitabxanaçısı