PDF Oxu

Sosial

  • 1 078

Azərbaycanın liderliyi ilə həyata keçirilən "Cənub Qaz Dəhlizi" enerji və milli təhlükəsizlik layihəsidir

Azərbaycanın liderliyi ilə həyata keçirilən "Cənub Qaz Dəhlizi" enerji və milli təhlükəsizlik layihəsidir

"Cənub Qaz Dəhlizi" Məşvərət Şurası çərçivəsində nazirlərin üçüncü toplantısının Bakıda keçirilməsi Azərbaycanın iqtisadi-siyasi gücünün artmasına xidmət edir

2011-ci ildə Azərbaycan ilə Avropa İttifaqı arasında "Cənub Qaz Dəhlizi" ilə bağlı birgə bəyannamə, 2012-ci ildə Türkiyə ilə TANAP-a dair saziş imzalanmış, 2013-cü ildə TAP layihəsi əsas ixrac marşrutu kimi seçilmiş, 2013-cü il dekabrın 17-də "Şahdəniz-2" layihəsinə dair yekun investisiya qərarı qəbul edilmiş və 2014-cü ildə "Cənub Qaz Dəhlizi"nin təməlqoyma mərasimi keçirilmişdir. Artıq üçüncü ildir ki, Azərbaycan "Cənub Qaz Dəhlizi" Məşvərət Şurası çərçivəsində nazirlərin toplantısına ev sahibliyi edir. "Cənub Qaz Dəhlizi" Məşvərət Şurası çərçivəsində nazirlərin üçüncü toplantısı da fevralın 23-də Bakıda keçirildi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə "Cənub Qaz Dəhlizi" Məşvərət Şurası çərçivəsində nazirlərin üçüncü toplantısı xüsusi əhəmiyyət kəsb edir. Təsadüfi deyil ki, Prezident İlham Əliyevin "Cənub Qaz Dəhlizi" Məşvərət Şurası çərçivəsində nazirlərin üçüncü toplantısında çıxış edərək layihənin əhəmiyyətindən danışıb. Dövlət başçısının XXI əsrin layihəsi olan "Cənub Qaz Dəhlizi"nin həyata keçirilməsində beynəlxalq maliyyə qurumlarının fəaliyyətini vurğulayaraq, Avropa maliyyə təşkilatlarının da layihənin icrasında yaxından iştirak etmələrinin əhəmiyyətli olacağını bildirib. Həmçinin, Prezident İlham Əliyev 1994-cü ildə imzalanan "Əsrin müqaviləsi"nin gələcək enerji layihələrinin həyata keçirilməsindəki əhəmiyyətli rolundan bəhs edib və müasir Azərbaycanın nailiyyətlərindən danışıb. "Cənub Qaz Dəhlizi" Məşvərət Şurası çərçivəsində nazirlərin üçüncü toplantısının Bakıda keçirilməsi Azərbaycanın iqtisadi-siyasi gücünü artmasına xidmət edir. Nəzərə almaq lazımdır ki, dünyada dərin iqtisadi böhran yaşanır, beynəlxalq və regional layihələrin reallaşmasında maliyyə sıxıntıları yaşanır. Məhz belə bir şəraitdə toplantının Bakıda keçirilməsi Azərbaycanın nüfuzunu daha da artıracaq. Bu toplantı layihənin icra edilməsi zamanı ortaya çıxacaq texniki-iqtisadi və siyasi problemlərin həllində ortaq mövqeyin əldə edilməsinə imkanlar açacaq.

"Cənub Qaz Dəhlizi" dövlətlərin yerləşdiyi Asiya və Avropa regionlarında istər-istəməz əməkdaşlıqdan doğan sabitlik hökm sürəcək

"Cənub Qaz Dəhlizi" layihəsi enerjinin şaxələndirilməsi, Avropa İttifaqının enerji təhlükəsizliyi ilə bərabər, həm də geniş regionda onun icrasına töhfə verə bilən bir sıra tərəfdaşlarla siyasi-iqtisadi və sosial əlaqələrin genişlənməsi və dərinləşməsindən ibarətdir. "Cənub Qaz Dəhlizi" kəməri kifayət qədər regionu əhatə etməklə, mühüm regional və qlobal əhəmiyyətə malikdir. "Cənub Qaz Dəhlizi" iştirakçı dövlətlər arasında münasibətlərin də yenidən şəkilləndirilməsinə təsir göstərməklə öz əhəmiyyətini daha da artıracaq. Dəhlizlə bu və ya digər formada bağlı olan dövlətlərin yerləşdiyi Asiya və Avropa regionlarında istər-istəməz əməkdaşlıqdan doğan sabitlik hökm sürəcək. Bu isə "Cənub Qaz Dəhlizi"nin qlobal əhəmiyyətini göstərən daha bir cəhətdir. Azərbaycan "Cənub Qaz Dəhlizi" layihəsi çərçivəsində nadir və nümunəvi beynəlxalq əməkdaşlıq formatı yaratmışdır.

"Cənub Qaz Dəhlizi" layihəsinin uğurla icrası Azərbaycanla Avropa İttifaqı arasında gələcək əlaqələr üçün vacib amildir

"Cənub Qaz Dəhlizi"nin reallaşması ilə Azərbaycanın dünya birliyində yeri bir qədər də möhkəmlənəcək, bu ölkəmizə böyük siyasi dividendlər gətirəcək. Ölkəmiz dünyanın ən vacib regionlarından olan Avropanın enerji təminatının başlıca faktorlarından birinə çevrilməklə, həm də Avropa İttifaqının etibarlı tərəfdaşı rolunda çıxış edir. "Cənub Qaz Dəhlizi" layihəsi Avropanın enerji təhlükəsizliyi üçün strateji əhəmiyyət daşıyır. Avropa Xəzər hövzəsi kimi bir regionla birləşməyə və Azərbaycan kimi tərəfdaşla birgə fəaliyyət imkanına görə bu layihəni yüksək qiymətləndirir. "Cənub Qaz Dəhlizi" ilə bağlı təşəbbüsün müəllifi olan Prezident İlham Əliyevin yürütdüyü məqsədyönlü, müdirik və tam müstəqil siyasət sayəsində Azərbaycan dünya dövlətləri arasında öz layiqli yerini tutur. Heç şübhəsiz ki, Azərbaycanın uğurla həyata keçirilən neft-qaz strategiyası dövlətimizin imicinin möhkəmləndirilməsinə və ölkəmizin iqtisadi qüdrətinin artmasına gətirib çıxaracaq.

Samir

Digər xəbərlər