AMEA-nın Qafqazşünaslıq İnstitutunda Xocalı Soyqırımının 25-ci ildönümünə həsr olunmuş "Bəşəriyyətə və sivilizasiyaya qarşı ağır cinayət: Ermənistanın Xocalıda törətdiyi soyqırımı" mövzusunda elmi seminar keçirilib.
Tədbirdə çıxış edən institutun direktoru, professor Musa Qasımlı Xocalı Soyqırımı haqqında ətraflı məlumat verib.
Bildirilib ki, Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə Milli Məclis "Xocalı Soyqırımı günü haqqında" xüsusi qərar qəbul edib, sənəddə hadisənin başvermə səbəbləri təfsilatı ilə açıqlanıb. Eyni zamanda, Xocalı soqırımı ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, erməni qəsbkarlarının beynəlxalq müstəvidə ifşası mühüm vəzifə kimi qarşıya qoyulub.
M.Qasımlı qeyd edib ki, 2008-ci ildən başlayaraq, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə Xocalı Soyqırımının dünya ictimaiyyətinə çatdırılması məqsədilə "Xocalıya ədalət!" adı altında genişmiqyaslı beynəlxalq informasiya kampaniyası aparılır.
Tədbirdə institutun elmi işlər üzrə direktor müavini Rahil Nəcəfov, Qafqaz siyasəti şöbəsinin müdiri Ramilə Dadaşova, Ermənişünaslıq şöbəsini müdiri Ziyad Əmrahov, Şimali Qafqaz şöbəsinin müdiri Vasif Qafarov, Gürcüstanşünaslıq şöbəsinin müdiri Vahid Ömərov, Tərcümə, nəşr və informasiya şöbəsinin müdiri Günel Musayeva və digərləri çıxış edərək Xocalıda törədilən soyqırımının ağır nəticələri barədə danışıblar.
NƏZAKƏT