YAP Yevlax rayon təşkilatı Azərbaycan-3 məhəlli ilk partiya təşkilatlarında hesabat-seçki yığıncağı keçirilib
Yeni Azərbaycan Partiyası Yevlax rayon təşkilatının IX konfransına hazırlıqla əlaqədar qrafik üzrə növbəti ilk təşkilatda yığıncaq keçirilib.
Tədbiri giriş sözü ilə YAP Yevlax rayon təşkilatı Azərbaycan-3 məhəlli ilk partiya təşkilatının sədr əvəzi Taleh Rəşidov açaraq, hesabat məruzəsi ilə çıxış edib.
YAP Yevlax rayon təşkilatı qadınlar şurasının sədri Əminə Əhmədova çıxış edərək, Azərbaycn-3 məhəlli ilk partiya təşkilatının hesabat dövrü ərzində gördüyü işləri müsbət qiymətləndirib.
YAP Yevlax rayon təşkilatı idarə heyətinin üzvü icra hakimiyyətinin başçısının 1-ci müavini Qənimət Qaraşov, Yevlax rayon icra hakimiyyəti başçısı aparatının əməkdaşı Vaqif Əliyev və digərləri çıxış edərək partiyanın yaranma tarixindən, fəaliyyətindən, ölkənin və rayonun ictimai-siyasi həyatındakı rolundan danışıblar.
Sonda çıxış edən YAP Yevlax rayon təşkilatının aparat rəhbəri Əli Quliyev Yeni Azərbaycan Partiyasının Azərbaycanda aparıcı siyasi qüvvə olduğunu bildirərək, qeyd edib ki, bu gün Yeni Azərbaycan Partiyasına müraciət edənlər arasında gənclər üstünlük təşkil edirlər.
Yığıncaqda təşkilatın idarə heyətinin üzvləri, Taleh Rəşidov ilk partiya təşkilatının sədri seçilib. O cümlədən, YAP Yevlax rayon təşkilatının IX konfransına nümayəndələr də seçilib.
Rövşən RƏSULOV