PDF Oxu

Sosial

  • 1 521

"Qara yubiley - Xocalı faciəsinin 25 yaşı" mövzusunda elmi sessiya keçirilib

"Qara yubiley - Xocalı faciəsinin 25 yaşı" mövzusunda elmi sessiya keçirilib

Dünən AMEA-nın Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində Xocalı faciəsinin 25-ci ildönümünə həsr olunmuş "Qara yubiley - Xocalı faciəsinin 25 yaşı" mövzusunda elmi sessiya keçirilib.

Tədbirdə muzeyin direktoru, akademik Rafael Hüseynov XX əsrin ən dəhşətli faciəsi olan Xocalı Soyqırımı və onun başvermə səbəbləri, şəhərin işğalı zamanı dinc əhaliyə qarşı törədilmiş genişmiqyaslı qanlı hərbi cinayət barədə ətraflı məlumat verib.

Muzeyin direktoru qeyd edib ki, Ulu Öndər Heydər Əliyev tərəfindən Xocalı soyqırımına siyasi-hüquqi qiymət verilib, bu faciənin ermənilərin Azərbaycan xalqına qarşı həyata keçirdiyi soyqırımı aktı olduğu bütün dünyaya bəyan edilib.

R.Hüseynov onu da bildirib ki, tarix boyu ermənilər xalqımıza qarşı düşmənçilik mövqeyi tutub, ayrı-ayrı dövrlərdə Azərbaycanın inamlı addımlarla irəliləməsindən narahat olaraq, beynəlxalq hüquq normalarına zidd müxtəlif təxribat və qırğınlar törədiblər. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə təsis edilmiş "Xocalıya ədalət!" beynəlxalq kampaniyasının uğurla həyata keçirilməsi nəticəsində, artıq bir sıra dövlətlər Xocalıda törədilən qırğını soyqırımı kimi qəbul ediblər.

Tədbirdə muzeyin elmi işlər üzrə direktor müavini, filologiya üzrə elmlər doktoru, professor Xatirə Bəşirlinin "Xocalı soyqırımının tanıdılması Azərbaycan dövlətinin xarici siyasətinin əsas prioritetlərindən biri kimi", filologiya üzrə elmlər doktoru Şəfəq Əlibəylinin "Türkdilli mənbələrdə Xocalının səsi", muzeyinin elmi katibi, filologiya üzrə fəlsəfə doktoru Nuranə Əsədullayevanın "Xocalı faciəsinin ədəbiyyat və mədəniyyətdə əksi" mövzusunda məruzələri dinlənilib.

ZÜMRÜD

Digər xəbərlər