PDF Oxu

Sosial

  • 1 089

Beynəlxalq elmi mətbuatda ilk dəfə olaraq Naxçıvan xalçaları ilə bağlı məqalə dərc olunub

Beynəlxalq elmi mətbuatda ilk dəfə olaraq Naxçıvan xalçaları ilə bağlı məqalə dərc olunub

"Beynəlxalq İnformasiya Tədqiqatları və Təhlili" jurnalında "Azərxalça" Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri, AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun Xalçaşünaslıq Sektorunun rəhbəri, əməkdar incəsənət xadimi, professor Vidadi Muradovun "XVIII-XX əsrin əvvəllərində Naxçıvanda xalçaçılığın vəziyyəti" adlı məqaləsi nəşr olunub.

Məqalədə qeyd olunur ki, Naxçıvan diyarında qədim dövrlərdə meydana gəlmiş xalçaçılıq, erkən orta əsrlər dövründən başlayaraq, müstəqil sənət sahəsinə çevrilib. Müəllif qeyd edir ki, Naxçıvan diyarı şəddə və vərni kimi xalça məmulatlarının istehsal edildiyi ilk ərazilərdən hesab olunur.

V.Muradov xalçaçılıq tarixinə dair bir sıra elmi-fundamental tədqiqatların, monoqrafiyaların, broşürlərin, dərsliklərin, televiziya filmlərinin, həmçinin, Azərbaycan xalçalarının Bakı, Qarabağ, İrəvan, Naxçıvan, Gəncə, Qazax-Borçalı, Təbriz, Quba, Şirvan qruplarına həsr edilmiş və dünyanın müxtəlif ölkələrində nəşr olunmuş əsərlərin müəllifidir.

ZÜMRÜD

Digər xəbərlər