YAP Tərtər rayon təşkilatı qadınlar şurası Xocalı soyqırımının 25-ci ildönümü ilə əlaqədar anım tədbiri keçirilib
Dünən YAP Tərtər rayon təşkilatının qadınlar şurasının təşkilatçılığı ilə Xocalı Soyqırımının 25-ci ildönümü ilə əlaqədar anım tədbiri keçirilib.
Tədbiri giriş sözü ilə açan, Tərtər rayon təşkilatı aparatının rəhbəri Kamil Məmmədov 1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecə erməni qəsbkarlarının rus ordusuna məxsus 366-cı alayının, iştirakı ilə Xocalı şəhərinə edilən basqın və bunun nəticəsi olaraq, yüzlərlə uşaq, qadın və qoca insanların vəhşicəsinə qətlə yetirilmələrindən danışıb: "Xalqımızın tarixinə ən dəhşətli faciə kimi daxil olan Xocalı qətliamı ilə bağlı Ulu Öndər Heydər Əliyev demişdir. Bütövlükdə, Azərbaycan xalqına qarşı yönəldilmiş Xocalı Soyqırımı öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktıdır. Bu soyqırımı, eyni zamanda, bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir ".
Tədbirdə rayon mədəniyyət mərkəzində kitabxanaçı Şəlalə Əliyeva, şəhər 2 saylı məktəb-liseyin müəllimi Sevinc Tağıyeva, rayon Heydər Əliyev Mərkəzinin direktoru Səlimə Yusibova, uşaq musiqi məktəbinin müəllimi Sevil Teymurova və başqaları çıxış edərək, bildiriblər ki, dövlətimizin apardığı məqsədyönlü siyasətin nəticəsidir ki, Xocalı soyqırımı bir çox dünya dövlətləri tərəfindən tanınır və tanınmaqda davam edir.
Rəfiqə HÜSEYNOVA