Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Xocalı Soyqırımının 25-ci ildönümü ilə bağlı Sabunçu rayon icra hakimiyyəti ilə birgə tədbir keçirib.
Tədbiri giriş sözü ilə açan Sabunçu rayon icra hakimiyyətinin başçısının birinci müavini Güloğlan Məmmədov Xocalı Soyqırımının mənfur düşmənimiz olan ermənilərin tarixən xalqımıza qarşı apardıqları siyasətin davamı olduğunu bildirib. Polkovnik Rasim Şirinov çıxışında əksər xarici ölkələrin Xocalı faciəsini soyqırımı kimi tanıdıqlarını qeyd edib. Xocalı sakini Fiqurə Rüstəmova törədilmiş vəhşiliklərin yaddaşlardan silinməyəcəyini vurğulayıb. Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənli Xocalı Soyqırımı dünya miqyasında soyqırımı aktı kimi tanıdılması istiqamətində həyata keçirilən işlərdən danışıb. Azərbaycan Əfqanıstan Veteranları İctimai Birliyinin sədri Məhəmməd Vəliyev Xocalı Soyqırımının XX əsrin ən dəhşətli faciəsi olduğunu qeyd edib.
Tədbirin bədii hissəsində Sabunçu rayon 311 saylı orta məktəbin özfəaliyyət kollektivləri vətənpərvərlik mövzusunda tərtib edilmiş proqramla çıxış ediblər.
Samir