PDF Oxu

Sosial

  • 1 304

Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinin kursantlarının Soyqırımı Muzeyinə ekskursiyası təşkil olunub

Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinin kursantlarının Soyqırımı Muzeyinə ekskursiyası təşkil olunub

Xocalı Soyqırımının 25-ci ildönümü ilə əlaqədar Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinin kursantlarının Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda fəaliyyət göstərən Soyqırımı Muzeyinə ekskursiyası təşkil olunmuşdur. Ermənilər tərəfindən xalqımıza qarşı törədilmiş soyqırımı hadisələrinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət haqqında kursantlara geniş məlumat verilmişdir.

Xocalı Soyqırımını və ermənilər tərəfindən xalqımıza qarşı törədilmiş digər cinayətləri əks etdirən eksponatlarla tanışlıq zamanı kursantlara erməni şovinist millətçilərinin soyqırımı siyasətinin yüzillər boyu planlı surətdə həyata keçirildiyi, bu siyasətin mahiyyətinin xalqımızı öz doğma torpaqlarından sıxışdırıb çıxarmaq və fiziki cəhətdən məhv etmək yolu ilə mifik "böyük Ermənistan dövləti" yaratmaq olduğu izah edilmişdir.

Ekskursiyanın sonunda soyqırımlardan bəhs edən sənədli film nümayiş olunmuşdur.

S.Feyruzov

Digər xəbərlər