Qusar rayon Heydər Əliyev Mərkəzində Xocalı Soyqırımının 25-ci ildönümü ilə əlaqədar anım tədbiri keçirilib.
Tədbirdə Qusar rayon icra hakimiyyətinin başçısı Şair Alxasov çıxış edərək, fevralın 25-dən 26-na keçən gecə Xocalıda törədilən kütləvi qırğının erməni millətçilərinin azərbaycanlılara qarşı həyata keçirdikləri növbəti soyqırımı olduğunu vurğulayıb: "Bu soyqırımının xalqımıza qarşı planlı şəkildə gerçəkləşdirilmiş terror, deportasiya və etnik təmizləmə siyasətinin tərkib hissəsi kimi, təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa qarşı yönəlmiş ən ağır cinayətdir. Xocalı faciəsinə ilk hüquqi-siyasi qiymət Ulu Öndər Heydər Əliyev tərəfindən verilib. Xalqımıza qarşı törədilən qətliamların dünya ictimaiyyətinin diqqətinə çatdırılmasında Azərbaycan Prezidenti İlham Əliyevin və Heydər Əliyev Fondunun əvəzsiz xidmətlərindən danışıb. Ali Baş Komandanın rəhbərliyi ilə dədə-baba yurdlarımıza qayıdacağımız günün uzaqda deyil".
Tədbirdə, rayon Qarabağ Əlillər Cəmiyyətinin sədri Canəli Hörmətov və ağsaqqal Sənan Xəlilov çıxış edərək, Xocalı Soyqırımından 25 il keçdiyini qeyd etmiş, həmin gün insan qanına susamış erməni cəlladlarının bütün dünyanın qarşısında Azərbaycanın bu qədim şəhərində soyqırımı törətdiklərini, heç bir günahı olmayan yüzlərlə dinc insanı amansızlıqla kütləvi qətlə yetirildiklərini söyləyib.
Tədbirin sonunda Xocalı Soyqırımına həsr olunmuş xronoloji film nümayiş olunub.
NƏZAKƏT