PDF Oxu

Sosial

  • 977

YAP Astara rayon təşkilatında Xocalı Soyqırımı qurbanları anılıb

YAP Astara rayon təşkilatında Xocalı Soyqırımı qurbanları anılıb

Yeni Azərbaycan Partiyası Astara rayon təşkilatında "Xocalı Soyqırımı insanlığa qarşı törədilmiş dəhşətli cinayətdir" mövzusunda anım tədbiri keçirilib. Tədbirdə Xocalı Soyqırımı qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbiri giriş sözü ilə YAP Astara rayon təşkilatının sədri Firudin Əhmədov açaraq, erməni vandlizmindən və Xocalı Soyqırmının fəsadlarından danışıb. Qeyd edib ki, 1992-ci ildə Azərbaycanda yaranmış acınacaqlı durum, özbaşınalıq müstəqilliyimizi təhlükə altında qoymuşdu. Ermənilər yaranmış vəziyyətdən yararlanaraq, rayonlarımızı işğal etməyə başladılar. Həmin dövrdə Azərbaycanda iqtidarda olan şəxslər bütün bunlara göz yumaraq, ərazilərimizin işğlaına zəmin yaradırdılar. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı birləşmələrinin Xocalıda həyata keçirdikləri soyqırımın günahkarları gec-tez qanun qarşısında cavab verməli olacaqlar. Təsadüfi deyil ki, Prezident İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində, artıq bir sıra dövlətlər və həmin dövlətlərin parlamentləri Xocalı Soyqırmını tanıyıblar.

Tədbirdə digər çıxış edənlər Xocalının Azərbaycan xalqının qan yaddaşı olduğunu vurğulayaraq, bildiriblər ki, qısa zamanda bütün dünya Xocalı Soyqırımını tanıyacaq, erməni vəhşiliyinin iç üzü bir daha ifşa olunacaq və millətimizə qarşı bu ağır bəşəri cinayəti həyata keçirənlər öz layiqli cəzalarını alacaqlar.

Samir Feyruzov

Digər xəbərlər