PDF Oxu

Sosial

  • 929

Gənclər Fondunun Müşahidə Şurasının üzvlüyünə keçiriləcək seçkilərin tarixi məlum olub

Gənclər Fondunun Müşahidə Şurasının üzvlüyünə keçiriləcək seçkilərin tarixi məlum olub

"Azərbaycan Universitetinin İntellektual Klubu" İctimai Birliyi tərəfindən Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun Müşahidə Şurasına təşkilatın icraçı direktoru Aydın Piriyev namizəd oldu. Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun Müşahidə Şurası seçkilərinin tarixi məlum oldu. 28 fevral 2017-ci il tarixində Gənclər Fondunun elektron bazasında qeydiyyatdan keçmiş təşkilatlar tərəfindən 17 namizəd arasında seçkilər keçiriləcək. Azərbaycan Gənclər Fondunun Müşahidə Şurasının üzvlüyünə seçilmiş namizədlərin siyahısında "Azərbaycan Unversitetinin İntellektual Klubu" İctimai Birliyinin icraçı direktoru Aydın Piriyevin də adı yer alır. Azərbaycan İntellektual Oyunlar Klubu 2012-ci ilin aprelində təsis edilərək təşkil etdiyi intellektual yarışlarla qısa müddətdə istedadlı gənclərin marağını qazanmışdır. Klub mövcud olduğu müddət ərzində, Azərbaycanda intellektual hərəkatın geniş yayılması və gənclərin bu hərəkata cəlb olunması istiqamətində əvəzolunmaz işlər görmüşdur. Klub tərəfindən ərsəyə gətirilən "Parlaq Zəka" verilişi də ölkənin ən reytinqli televiziya layihələri sırasına daxil olmuş, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən yüksək qiymətləndirilmişdir.

Klubun yarandığı qısa dövr ərzində, Azərbaycan və rus dillərində, ümumilikdə, 90 komandanın iştirakı ilə "Nə? Harada? Nə zaman?" üzrə daxili çempionatını, Gənclik və Müstəqillik Kuboklarını, bir sıra ali təhsil müəssisələrində müxtəlif turnirlər keçirməyə, Siyəzən, Şabran, Qusar, Şəmkir, Qazax, Tovuz, Ağstafa, Göygöl, İmişli, Gədəbəy və Balakəndə intellektual oyunlar klublarını təsis etməyə və nəhayət, Azərbaycan Tələbə-Gənclər Təşkilatları İttifaqı ilə birgə "Nə? Harada? Nə zaman?" üzrə Azərbaycan və rus dillərində 15 oyun meydançası üzrə 500-dən artıq komandanın iştirakı ilə müntəzəm çempionat təşkil etməyə müvəffəq olmuşdur. Məhz bu səbəbdən, klubumuz Beynəlxalq İntellektual Klubları Assosiasiyasına üzv qəbul olunmuş və hal-hazırda sözügedən qurumun işində iştirak etməkdədir. Eyni zamanda, ictimai birliyimiz ölkənin ən maraqlı televiziya verilişlərindən biri olan "Parlaq Zəka" milli humanitar olimpiadasını da ərsəyə gətirməkdədir.

S.Feyruzov

Digər xəbərlər