PDF Oxu

Sosial

  • 1 138

Nəsimi rayonunda Xocalı Soyqırımına həsr olunan tədbirlər davam edir

Nəsimi rayonunda Xocalı Soyqırımına həsr olunan tədbirlər davam edir

Dünən Nəsimi rayon ictimaiyyəti Azərbaycan Respublikası Hərbi Prokurorluğunun inzibati binasında fəaliyyət göstərən Memorial Soyqırımı Muzeyində olub. Ekskursiya zamanı bələdçi bildirib ki, Respublika Hərbi Prokurorluğunda yaradılan muzey Azərbaycan xalqının gələcək nəsillərinin qan yaddaşının qorunmasına və soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirilməsinə xidmət edən ağır bir tarixi hadisəni özündə əks etdirən nümunədir. Hərbi Prokurorluğun Soyqırımı Muzeyi XX əsrin əvvəllərindən bəri erməni-bolşevik silahlı dəstələrinin Azərbaycan torpaqlarında həyata keçirdikləri kütləvi qırğınlar və soyqırımları nəticəsində, həlak olan on minlərlə azərbaycanlının xatirəsinə həsr edilib. Muzey dörd bölmədən - tarix, deportasiyalar-repressiyalar, soyqırımları və terror bölmələrindən ibarətdir. Muzeyin yaradılmasında əsas məqsəd XX əsrdə azərbaycanlılara qarşı törədilmiş soyqırımı cinayətləri barədə tarixi həqiqətləri əyani şəkildə gələcək nəsillərə çatdırmaq və ictimaiyyət arasında təbliğini genişləndirməkdir.

Nəsimi rayon icra hakimiyyəti başçısının müavini Anar Tağıyev muzeylə tanışlıq zamanı bildirib ki, Azərbaycanın müstəqil bir dövlət kimi mövcudluğunun təhlükə qarşısında qaldığı bir dövrdə Ermənistanın işğalçılıq siyasəti nəticəsində, erməni millətçiləri azərbaycanlılara qarşı, müntəzəm olaraq, etnik təmizləmə və soyqırımının beynəlxalq aləmdə tanınması, Xocalı Soyqırımı və ermənilər tərəfindən xalqımıza qarşı törədilmiş digər cinayətlər haqqında tarixi ədalətin bərpa olunması, erməni cinayətkarlarının ədalət mühakiməsinə cəlb olunması və həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması işində xalqımızın Ümummilli Lideri Heydər Əliyevin əvəzsiz rolu olmuşdur.

Görüşdə o da vurğulanıb ki, Prezidenti İlham Əliyev tərəfindən Azərbaycanın milli problemlərinin beynəlxalq səviyyədə qaldırılması, erməni vandalizminin ifşası istiqamətindəki əzmkar və qətiyyətli addımların atılması prinsipiallıqla davam etdirilir.

Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılmasında Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva tərəfindən mühüm və əhəmiyyətli işlər, iri miqyaslı layihələr həyata keçirilir. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən "Xocalıya ədalət" aksiyaları bu soyqırımı barədə həqiqətlərin dünya xalqlarına çatdırılmasında mühüm əhəmiyyət kəsb edir.

Muzeylə tanışlıqdan sonra Azərbaycan Respublikası Hərbi Prokurorluğunun sifarişi ilə hazırlanmış "Əsrin faciəsi" sənədli filminə baxılıb.

Ü.ƏSGƏROV

Digər xəbərlər