YAP Yevlax rayon təşkilatı Yevlax rayon icra hakimiyyətilə anım tədbiri keçirib
Dünən YAP Yevlax şəhər təşkilatı Yevlax rayon icra hakimiyyətilə Xocalı Soyqıqımının 25-ci ildönümü ilə bağlı anım tədbiri keçirib. Tədbiri giriş sözü ilə şəhər mərkəzi mədəniyyət evinin drektoru Eldəniz Mustafayev açaraq bildirib ki, Ümummilli Liderimiz, böyük şəxsiyyət, görkəmli dövlət xadimi Heydər Əliyev işğal altında olan torpaqlarımızın sülh yolu ilə azad edilməsi üçün əzmlə mübarizə aparmışdır. Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də bu siyasəti ardıcıl və geniş şəkildə davam etdirir.
Yevlax rayon icra hakimiyyətinin başçısı Qoca Səmədov YAP Yevlax şəhər təşkiltının Xocalı Soyqırımı ilə əlaqədar elan etdiyi inşa və rəsm müsabiqələrinin qaliblərinə YAP Yevlax rayon təşkilatının fəxri fərman və qiymətli hədiyyələrini təqdim edib.
Ümummilli Liderimiz Heydər Əliyev işğal altında olan torpaqlarımızın sülh yolu ilə azad edilməsi üçün əzmlə mübarizə aparmışdır. Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də bu siyasəti ardıcıl və geniş şəkildə davam etdirir. Ölkə Prezidenti, dəfələrlə, birmənalı şəkildə, təkrar edib ki, Azərbaycanın ərazi bütövlüyü bərpa olunmamış, heç bir danışıqdan söhbət gedə bilməz.
Sonra Xocalı Soyqırımından bəhs edən teatr tamaşası nümayiş olunub, tədbir iştirakçılarına YAP Yevlax rayon təşkilatı tərəfindən hazırlanmış bukletlər paylanılıb.
YAP Yevlax rayon təşkilatının aparat rəhbəri Əli Quliyev soyqırımı haqqında geniş çıxış edərək vurğuladı ki, Xocalı Soyqırımının həlak olan şəhidlərin xatirəsinin hər zaman belə əziz tutulması xalqın mənəvi zənginliyinin və öz keçmişinə etimadla yanaşmasının nəticəsidir: "Xocalı faciəsi bir xalqa, millətə edilmiş soyqırımı olmaqla, ümumən insanlığa vurulmuş ən böyük zərbədir. Təəssüf ki, insan hüquqlarında danışan dünyanın hegemon ölkələrinin əksəriyyətində bu soyqırımı hələ də tanınmır. Amma biz inanırıq ki, ölkə Prezidenti İlham Əliyevin yürütdüyü siyasət nəticəsində, tez bir zamanda bütün dünya yüzlərlə qətliamin səbəbkarı olan qəddar, vəhşi erməni sifətini tanıyacaqdır."
Tədbirdə Xocalı sakinləri Rafik Məmmədov, Aida Kərimova faciə ilə bağlı xatirələrindən söz açıblar.
Sonda təşkilatçılar baş vermiş bu cür qətliama görə Xocalı sakinlərinə, ümumilikdə, toplantı iştirakçılarına başsağlığı verərək, onlara güclü və inamlı olmağı arzuladılar.
R.NURƏDDİNOĞLU