PDF Oxu

Sosial

  • 1 201

Xocalısız 25 il

Xocalısız 25 il

Dünən AMEA-nın əsas binasında Azad Həmkarlar İttifaqının təşkilatçılığı ilə Xocalı Soyqırımının 25-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.

AHİ sədri, iqtisad üzrə elmlər doktoru İsa Alıyev iclası açaraq, Xocalı Soyqırımının ermənilərin azərbaycanlılara qarşı tarix boyu törətdiyi qırğınların pik nöqtəsi olduğunu bildirib: "Faciədən 25 il ötsə də, bir çox dövlətlər hələ də bunu rəsmi şəkildə qəbul etmək istəmir. Bu, o deməkdir ki, bizim varlığımız hələ də kimlərisə, narahat edir. Bu gün Azərbaycan, haqlı olaraq öz ordusunu gücləndirir və güclü ordumuzun olması bizi qürurlandırır. Biz başımızı dik tutmalı və quruculuq işlərimizi davam etdirməliyik".

Sonra Xocalı şəhərinin polis rəisi olmuş Sabir Məmmədov çıxış edib. O, həmin dövrlərdə Özbəkistanda işlədiyini, lakin ermənilərin azərbaycanlılara qarşı törətdiyi vəhşiliklərə dözməyərək vətənə qayıtdığını bildirib.

AHİ sədrinin müavini, hüquq elmləri doktoru, professor Habil Qurbanov, Ədəbiyyat İnstitutunun Həmkarlar Komitəsinin sədri, filologiya elmləri doktoru Asif Rüstəmli, Fizika İnstitutunun aparıcı elmi işçisi Rəhim Ələkbərov və jurnalist Rauf İlyasov çıxışlarında ermənilərin Xocalıda törətdikləri vəhşiliklərin miqyasından danışıblar.

Sonda Xocalı ilə bağlı məlumatların tərcümə edilərək, xarici ölkələrdə dərc olunması barədə qərar verilib.

NƏZAKƏT

Digər xəbərlər