PDF Oxu

Sosial

  • 1 162

Xaçmazda Xocalı Soyqırımı anıldı

Xaçmazda Xocalı Soyqırımı anıldı

Dünən YAP Xaçmaz rayon təşkilatı Xocalı faciəsinin 25-ci ildönümü ilə əlaqədar rayonun Tarix Diyarşünaslıq Muzeyində anım tədbiri keçirilib.

Tədbir iştirakçıları ilk öncə, Xocalı Soyqırımında həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edib.

Tədbiri giriş sözü ilə Xaçmaz rayon icra hakimiyyəti başçısının müavini İlhamə Nəzərova açaraq, Xocalı Soyqırımının insanlığa qarşı törədilmiş ən dəhşətli cinayət olduğunu bildirib. Qeyd edib ki, Ermənistan rəhbərliyi bu Soyqırımını törətməklə xalqımızı qorxutmaq və vahimə içində saxlamaq, onun mübarizə əzmini qırmaq məqsədi güdüb. Lakin bu hadisələr Azərbaycan xalqının əzmini qıra bilməyib: "Bəşər tarixinin ən qanlı cinayətlərindən olan Xocalı faciəsindən 25 il keçir. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı şəhərində baş verənlər Azərbaycan xalqının yaddaşından heç zaman silinməyəcək. Həmin gün Ermənistan hərbçiləri bütün dünyanın gözü qarşısında Azərbaycanın bu qədim şəhərində Soyqırımı törədib, heç bir günahı olmayan yüzlərlə dinc insanı qətlə yetiriblər".

İ.Nəzərov onu da vurğulayıb ki, bu soyqırımına siyasi və hüquqi qiymət ilk dəfə Ulu Öndər Heydər Əliyev tərəfindən verilib.

Anım mərasimində qeyd olunub ki, ermənilərin törətdiyi Xocalı Soyqırımı insanlığa və bəşəriyyətə qarşı cinayət olub. Prezident İlham Əliyevin ardıcıl və məqsədyönlü siyasəti sayəsində Xocalı həqiqətləri Azərbaycan xalqının başına gətirilən müsübətlər dünya ictimayyətinin diqqətinə çatdırlacaq və bu vəşilik real qiymətini alacaqdır

Sonda Xocalı Soyqırımına həsr olunmuş video-xronika nümayiş olunub.

R.KAMALQIZI

Digər xəbərlər