PDF Oxu

Sosial

  • 1 099

Qubada Xocalı Soyqırımına həsr olunmuş tədbir keçirildi

Qubada Xocalı Soyqırımına həsr olunmuş tədbir keçirildi

Dünən Quba rayon icra hakimiyyəti və YAP Quba rayon təşkilatının təşkilatçılığı ilə Xocalı Soyqırımının 25-ci ildönümü ilə əlaqədar Bəşir Səfər oğlu adına Quba Mədəniyyət Evində ümumrayon tədbiri keçirildi. Tədbirdə ilk öncə Xocalı Soyqırımı qurbanlarının, eləcə də, bütün şəhidlərimizin xatirəsi 1 dəqiqəlik sükutla yad edildi.

YAP Quba rayon təşkilatının sədri Yusif Abidov çıxış edərək bildirib ki, Xocalı Soyqırımı öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktıdır: "Azərbaycan xalqı 200 il ərzində erməni millətçi-şovinistlərinin, davamlı olaraq etnik təmizləmə, soyqırımı siyasətinə məruz qalıb. Xalqımız tarixi torpaqlarından qovulub, qaçqına, məcburi köçkünə çevrilib və bütün bunlar ermənilər tərəfindən kütləvi qırğınlarla müşayiət olunub. Xocalı Soyqırımı tək azərbaycanlılara yox, bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir".

Tədbirdə çıxış edən Quba rayon prokuroru Valeh Səmədov Xocalı Soyqırımı, Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasəti barədə həqiqətlərin dünya birliyinə çatdırılması istiqamətində görülən işlərdən danışıb. Qeyd edib ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən "Xocalıya ədalət!" beynəlxalq kampaniyası nəticəsində, artıq bir sıra dövlətlər Xocalıda törədilən qırğını soyqırımı kimi qəbul edib. Xocalı Soyqırımı bizim qan yaddaşımızdır və bu dəhşətlər gələcək nəsillərə çatdırılmalı, onların tərbiyəsində, əsl vətəndaş kimi yetişmələrində əsas prioritetlərdən biri olmalıdır.

Sonra tədbir məktəblilərin hazırladığı ədəbi kompazisiya ilə davam etdirildi.

NƏZAKƏT

Digər xəbərlər