PDF Oxu

Sosial

  • 1 068

Ermənistanda növbəti məğlubiyyət depressiyası yaşanır

Ermənistanda növbəti məğlubiyyət depressiyası yaşanır

Hərbi ekspert: "Azərbaycan Silahlı Qüvvələri tam hazır vəziyyətdə bütün əməliyyat şəraitinə nəzarət edir"

Bir neçə gündür ki, Ermənistan ordusu Tovuz rayonundan başlamış, Tərtərə qədər irimiqyaslı təxribatlar törətmək məqsədilə müxtəlif istiqamətlərdə mövqelərimizə soxulmağa cəhd göstəriblər. Heç şübhəsiz ki, erməni təxribatlarının qarşısı Azərbaycan Silahlı Qüvvələri tərəfindən qətiyyətlə alındı. Ermənilər müdafiəmizin dərinliyinə irəliləyə bilmədilər, Xocavənd-Füzulu istiqamətində əlverişli mövqeləri ələ keçirməyə cəhd göstərən düşmənlə ordumuz arasında ağır döyüş toqquşması baş verdi və bu istiqamətdə pusquda duran bölmələrimiz düşmən hücumunun qarşısını cəsarətlə alaraq, onu geri çəkilməyə məcbur etdi. Müdafiə Nazirliyindən verilən məlumatda da göstərilir ki, ermənilər cəbhənin müxtəlif istiqamətlərində 60 millimetrlik (15 mərmi) və 82 millimetrlik (18 mərmi) minaatanlardan, həmçinin, D-44 topundan (1 mərmi) da istifadə ediblər. Erməni silahlı birləşmələrinin törətdiyi təxribatlar nəticəsində, düşmən tərəf ciddi itkilər verib. Xeyli sayda canlı itkilər verən ermənilər geri çəkilməyə məcbur oldular. Ermənistan Müdafiə Nazirliyi Qarabağda öldürülən əsgərləri haqda məlumat vermir. Çünki həddindən artıq itkilər veriblər. Hazırda erməni mətbuatı növbəti məğlubiyyətə görə Sarkisyan rejimini sərt şəkildə tənqid edir, Yerevanda insanlar kütləvi aksiyalara hazırlaşırlar. Ermənistanda yaşayan əhali, hesab edir ki, cəbhə xəttində baş verənlər birbaşa Sarkisyanın göstərişi ilə həyata keçirilir, o, bununla insanların fikirlərini yayındırmağa, cəmiyyətdəki problemləri arxa plana keçirməyə cəhd edir. Həmçinin, aprel ayının 2-də Ermənistanda keçiriləcək parlament seçkilərində hakim partiyanın uduzacağı ehtimalı günbəgün artdığına görə, Sarkisyan öz ağlınca cəbhədə təxribatlar törətməklə dividend qazanmağa çalışır. Ermənistan mətbuatı yazır ki, cəbhədə baş verən toqquşma və xeyli sayda ermənilərin öldürülməsi, erməni leşlərinin neytral zonada qalması rəsmi Yerevanı ciddi şəkildə narahat edir. Hətta bildirilir ki, Ermənistanda bütün hospital və xəstəxanalar ölüdürülmüş və yaralı hərbçilərlə doludur.

Hərbi ekspert Üzeyir Cəfərov bildirib ki, erməni tərəfi maksimum çalışır ki, vəziyyət kritik həddə çatsın: "Onlar fevralın 25-dən başlayaraq Ağdam və Tərtər istiqamətində bəzi hərəkətlərə yol verdilər. O cümlədən, Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində, Tovuz və Qazax istiqamətində gərginlik yaratmağa çalışdılar. Amma elə həmin gün uğursuzluqla üzləşən ermənilər Xocavənd-Füzuli açıq düzəngah istiqamətində müəyyən addımlar atmağa çalışırlar. Onlar mərmilərindən istifadə edirlər. Müdafiə Nazirliyi düşmənin hərəkətlərini diqqətdən kənar saxlamır və sarsıdıcı cavab zərbələri endirir. Dünəndən sosial şəbəkələrdə yalandan yayırlar ki, guya camaat kəndlərdən çıxdı, təşvişə düşdü və s. Biz heç yerə çıxmırıq. Lazımsız fikirlərdir bunlar. Biz qabağa getməliyik və gedəcəyik də. Ordumuz kifayət qədər gücə malikdir. Səbirli olsanız, özünüz də görəcəksiniz ki, ermənilər hansı sarsıntıları keçirəcəklər. Bir nəfər əsgər və zabitimizin də sıramızdan vaxtsız getməsi əvəzsiz itkidir. Onlar Vətən uğrunda, torpaq naminə həyatlarını qurban verdilər. Amma alçaq və şərəfsiz ermənilərin itkiləri bizimkindən qat-qat çoxdur. Təxmini hesablamalara görə, düşmən bizdən 7 dəfə çox itki verib. Özünüz də yaxın günlərdə görəcəksiniz ki, ermənilər öz murdar leşlərinin sayını tədricən, iki gündən, üç gündən bir açıqlamağa başlayacaqlar".

Samir

Digər xəbərlər