PDF Oxu

Sosial

  • 1 107

Dövlət Sərhəd Xidməti Aparatında Xocalı Soyqırımının 25-ci ildönümü qeyd olunub

Dövlət Sərhəd Xidməti Aparatında Xocalı Soyqırımının 25-ci ildönümü qeyd olunub

Dövlət Sərhəd Xidmətinin bütün hərbi hissə və bölmələrində Xocalı Soyqırımının 25-ci ildönümü ilə əlaqədar silsilə tədbirlər keçirilir. Hərbi qulluqçuların Azərbaycan Respublikası Hərbi Prokurorluğunda fəaliyyət göstərən Soyqırımı Muzeyinə və Azərbaycan İstiqlal Muzeyinə ekskursiyaları təşkil olunur, dəhşətli faciənin erməni şovinist-millətçiləri tərəfindən xalqımıza qarşı həyata keçirilən etnik təmizləmə və soyqırımı siyasətinin davamı olduğu barədə şəxsi heyətə ətraflı məlumatlar verilir.

Dövlət Sərhəd Xidmətinin Aparatında keçirilən tədbirdə şəxsi heyət əvvəlcə Xocalı faciəsinə həsr edilmiş sərginin materialları ilə tanış olublar.

Tədbirin rəsmi hissəsi Xocalıda qətlə yetirilmiş soydaşlarımızın xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Dövlət Sərhəd Xidməti rəisinin müavini general-leytenant Azad Ələkbərov və AMEA-nın tarix institutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Vaqif Abışov çıxış edərək, dinc əhaliyə qarşı törədilmiş soyqırım barədə ətraflı məlumat verib, faciənin səbəb və nəticələri haqqında danışıblar.

Xocalı Soyqırımına siyasi və hüquqi qiymət verilməsi, erməni faşizminin ifşası ilə bağlı ilk təşəbbüsün Ulu Öndər Heydər Əliyev tərəfindən irəli sürülməsi, xüsusi olaraq, vurğulanıbdır. Soyqırımı hadisəsinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin apardığı məqsədyönlü siyasətin uğurlu nəticələr verdiyi, Azərbaycan xalqına qarşı törədilmiş bu hərbi cinayətin beynəlxalq miqyasda siyasi-hüquqi qiymət alması məsələsinin dövlət siyasətinin mühüm istiqamətini təşkil etdiyi bildirilibdir.

Tədbirdə ölkə rəhbərliyinin bu sahədəki ardıcıl və uğurlu fəaliyyəti nəticəsində, Xocalı Soyqırımının bütün beynəlxalq təşkılatlar və dünya dövlətləri tərəfindən tanınacağına, mənfur erməni xislətinin ifşa olunacağına qəti əminlik ifadə edilibdir.

Anım mərasiminin sonunda Xocalı Soyqırımına həsr olunmuş film nümayiş etdirilibdir.

Rəfiqə

Digər xəbərlər