PDF Oxu

Sosial

  • 1 128

Xocali soyqırımı - insanlığın faciəsidir

Xocali soyqırımı - insanlığın faciəsidir

Masallıda Xocalı faciəsinin 25-ci ildönümü qeyd edilib

Xocalı Soyqırımının 25-ci ildönümü ilə əlaqədar Masallı rayon icra hakimiyyəti və Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının birgə təşkilatçılığı ilə rayonun Ərkivan qəsəbəsində müvəqqəti məskunlaşmış Xocalı şəhərindən olan məcburi köçkün Quliyev Yusif Məhəmməd oğlunun ailəsi ilə görüş təşkil edilib.

Görüşdə Masallı rayon icra hakimiyyətinin başçısı Rafil Hüseynov xalqımızın başına gətirilmiş bu dəhşətli hadisədən və 25 yaşlı soyqırımının dünya ictimaiyyətinə tanıdılmasında dövlətin apardığı siyasətdən söz açıb.

YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev Ümummilli Liderimiz Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra məcburi köçkün həyatı yaşayan insanların həyat şəraitinin yaxşılaşdırılması üçün zəruri olan bütün tədbirlərin görüldüyünü, hazırda Prezident İlham Əliyev tərəfindən də bu tədbirlərin uğurla həyata keçirildiyini bildirərək, Ali Baş Komandanımız, möhtərəm Prezidentimiz İlham Əliyevin diplomatik səyi nəticəsində, işğal olunmuş bütün torpaqlarımızın azad olunacağına əminliyini bildirib.

Sonda Xocalı şəhərindən olan məcburi köçkün Quliyev Yusif Məhəmməd oğlunun ailəsinə yardım göstərilib.

R.HÜSEYNOVA

Digər xəbərlər