YAP Ağdam rayon təşkilatı rayon icra hakimiyyəti ilə birgə Xocalı faciəsinin 25-ci ildönümünə həsr edilmiş anım tədbir keçirilib.
Rayon rəhbərliyi, ziyalılar, əmək kollektivlərinin, ictimaiyyətinin nümayəndələri, gənclər və ağsaqqallar əvvəlcə rayon ərazisindəki Şəhidlər Abidə-Kompleksi önünə tər qərənfillər düzərək, faciə qurbanlarının xatirəsini ehtiramla yad ediblər.
Rayon Mədəniyyət Evində davam etdirilən tədbirdə çıxış edən Ağdam rayon icra hakimiyyətinin başçısı Raqub Məmmədov və başqaları erməni silahlı qüvvələri tərəfindən Xocalı şəhərində törədilən qırğının acı nəticələrindən danışıblar.
Daha sonra tədbir Ağdam Dövlət Dram Teatrının və məktəblilərin ifasında ədəbi-bədii kompozisiya ilə davam etdirilib.
Anım tədbirindən sonra rayon ərazisində məskunlaşmış Xocalıdan olan məcburi köçkünlərə ərzaq yardımı paylanılıb.
ZÜMRÜD