PDF Oxu

Sosial

  • 926

YAP Qusar rayon təşkilatının ərazi ilk partiya təşkilatlarda hesabat-seçki yığıncaqları davam edir

YAP Qusar rayon təşkilatının ərazi ilk partiya təşkilatlarda hesabat-seçki yığıncaqları davam edir

YAP Qusar rayon təşkilatının Mərkəzi Kitabxana Sistemləri və rayon DSMF ərazi ilk partiya təşkilatlarında YAP rayon təşkilatının sədri David İbramxəlilovun və aparat rəhbəri Kamil Sultanovun iştirakı ilə hesabat-seçki yığıncaqları keçirilib.

Yığıncaqlarda ərazi ilk partiya təşkilat sədrlərinin ötən konfransdan keçdiyi müddətində görülmüş işləri haqqında hesabatı dinlənilib.

İclasda çıxış edən YAP Qusar rayon təşkilatının sədri D.İbramxəlilov Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı üçün gördüyü irimiqyaslı işlərdən danışıb. Bu gün dünyada baş verən gərgin hadisələrin fonunda Ulu Öndərin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin ölkəmizin təhlükəsizliyinin və ictimai-siyasi sabitliyinin davamlı olması istiqamətində yürütdüyü siyasəti diqqətə çatdırıb.

Yığıncaqda yeni tərkiblər, sədr və sədr müavini, eləcə də, idarə heyəti və cari ildə keçiriləcək rayon təşkilatının IX konfransına nümayəndələr seçilib.

NƏZAKƏT

Digər xəbərlər