PDF Oxu

Sosial

  • 1 242

İzmirdə Xocalı Soyqırımı qurbanlarının xatirəsinə abidə ucaldılıb

İzmirdə Xocalı Soyqırımı qurbanlarının xatirəsinə abidə ucaldılıb

Türkiyənin İzmir şəhərinin Karabağlar rayonu ərazisində yerləşən "Azərbaycan-Qarabağ-Xocalı" Parkında Xocalı Soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidənin açılışı olub. Diasporla İş üzrə Dövlət Komitəsindən "Səs" qəzetinə verilən məlumata istinadən açılış mərasimində rəsmi şəxslər, Azərbaycan və Türkiyədən millət vəkilləri, tanınmış ziyalılar, İzmir ictimaiyyətinin görkəmli nümayəndələri, bu bölgədə yaşayan və işləyən Azərbaycan vətəndaşları, Karabağlar rayonunun sakinləri, QHT və KİV təmsilçiləri iştirak ediblər.

Əvvəlcə Azərbaycan və Türkiyənin dövlət himnləri səsləndirilib. Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad ediləndən sonra Xocalı Soyqırımının dəhşətlərini əks etdirən film nümayiş olunub.

Çıxışlarda Xocalı Soyqırımının səbəbləri, bu cinayəti törədən erməni vandalların iyrənc məqsədləri, bu faciənin dünya birliyi tərəfindən soyqırımı aktı kimi tanınması istiqamətində görülən işlərin vəziyyəti və qarşıda duran vəzifələrdən bəhs olunub. Natiqlər işğal altındakı Azərbaycan torpaqlarının azad edilməsi, o cümlədən, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə keçirilən "Xocalıya ədalət!" beynəlxalq təbliğat kampaniyası çərçivəsində görülən işlərdən danışıblar. Əminliklə ifadə olunub ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə günbəgün qüdrətlənən Azərbaycan Ordusu düşməni yerinə oturtmaq üçün bütün imkanlara malikdir.

İştirakçılar abidənin önünə qərənfillər düzüb, soyqırımı qurbanlarının ruhuna dualar oxuyublar.

NƏZAKƏT

Digər xəbərlər