PDF Oxu

Sosial

  • 921

İsa Həbibbəyli: "Azərbaycanda "Məktəbəqədər təhsil haqqında" yeni qanun layihəsi hazırlanacaq"

İsa Həbibbəyli: "Azərbaycanda "Məktəbəqədər təhsil haqqında" yeni qanun layihəsi hazırlanacaq"

"Məktəbəqədər təhsil haqqında" Azərbaycan Respulikası qanun layihəsi Milli Məclisin plenar iclasında ikinci dəfə müzakirə olundu. Müzakirələrin növbəti iclasa saxlanılması bu qanun layihəsində cəmiyyətdəki böyük marağı özündə əks etdirir".

Bu barədə "SƏS" qəzetinə açıqlama verən Milli Məclisin Elm və Təhsil Komitəsinin sədri, AMEA-nın vitse-prezidenti İsa Həbibbəyli bildirib və deyib ki, "Təhsil haqqında" qanuna görə, Azərbaycanda məktəbəqədər təhsil 3 yaşdan 5 yaşdan, isə məktəbə hazırlıq dövrü başlayır. Artıq məktəbəqədər təhsillə bağlı bir sıra ölkələrin təcrübələri öyrənilir.

"İ.Həbibbəyli bildirib ki, "Məktəbəqədər təhsil haqqında" qanun layihəsində həm dünya təcrübəsi öyrənilir, həm də Azərbaycanın reallıqları öz əksini tapır. Eyni zamanda, məktəbəqədər təhsil müəssisələrinin tabeciliyi və onların hansı orqanın tabeçiliyində fəaliyyət göstərmələri qanun predmeti deyil. Biz Azərbaycan Respulikasında dövlət, özəl və bələdiyyə məktəbəqədər tədris müəssisələrinin fəaliyyət göstərməsini vacib sayırıq və bu məsələ də qanun layihəsində hüquqi cəhətdən tənzimlənmişdir. Bütövlükdə, bu qanun Azərbaycanda yeni nəslin hərtərəfli inkişafına özünün lazımi şəraitini yaradacaq, ölkə Prezidentinin bu istiqamətdə apardığı uğurlu siyasətinə öz köməkliyini göstərəcəkdir".

R.KAMALQIZI

Digər xəbərlər