PDF Oxu

Sosial

  • 1 010

Ermənistan riyakarlıq nümayiş etdirməkdə davam edir

Ermənistan riyakarlıq nümayiş etdirməkdə davam edir

Son günlər Ermənistan silahlı qüvvələrinin cəbhə bölgəsində təxribat cəhdləri yenidən intensiv xarakter almışdır. Belə ki, fevralın 24-dən 25-ə keçən gecə Ermənistan silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərindən müdafiə mövqelərimizə doğru irəliləməyə cəhd göstərmişlər. Hər zaman olduğu kimi, Azərbaycan hərbçiləri düşmənin qarşısını qətiyyətlə almış, onu geri çəkilməyə məcbur etmişlər. Əsgər və zabitlərimizin peşəkarlığı, sayıqlığı ciddi müqavimətlə üzləşəcəyini gözləməyən düşməni çaşdırmış, ermənilərin növbəti təxribatı da qarşı tərəfin çoxsaylı itkiləri ilə nəticələnmişdir.

Ermənistanın təxribatlarının arxasında dayanan əsas səbəblərə gəlincə, biz bu barədə əvvəllər də fikirlərimizi ölkə mediası ilə bölüşmüşdük. Təbii ki, Ermənistanın daxili və xarici problemləri ilə bağlı məsələlər öz həllini tapmadığından, həmin səbəblərin əksəriyyəti dəyişməyib.

Birincisi, Ermənistan tərəfi yenə də diqqəti öz daxili problemlərindən yayındırmaq məqsədilə vaxtaşırı belə təxribatlar törətməyə cəhdlər göstərir.

İkincisi, aprel döyüşlərindəki məğlubiyyəti "həzm edə" bilməyən Ermənistan rəhbərliyinin hazırkı mərhələdə bu sindromdan qurtulması üçün revanş arzusunu gerçıkləşdirməyə ümid bəsləyir.

Üçüncüsü, Azərbaycan tərəfinin hərtərəfli hərbi, hərbi-texniki və mənəvi-psixoıoji üstünlüyü şəraitində erməni gənclərinin Qarabağda nahaqdan ölmələrinə Ermənistan cəmiyyətinin etiraz ovqatının daim artmasının arzuolunmaz nəticələr doğurması ehtimalı qarşı tərəfi ciddi narahat edir.

Dördüncüsü, hər dəfə layiqli cavab alan düşmənin münaqişənin həllində mövqelərinin zəifləməsi kimi daha bir ciddi narahatlıq perspektivi yaradır.

Bütün bunlara baxmayaraq, Ermənistan rəhbərliyi hər vasitə ilə növbəti məğlubiyyətini də xalqdan gizlətməkdən, beynəxalq hüquq norma və prinsiplərinə zidd fəaliyyətini davam etdirməkdən çəkinmir. Cəbhədə şəhid olan hərbiçilərin nəşlərinin döyüş meydanından çıxarılması üçün əldə edilmiş razılşmanın pozulması və təxribat xarakerli fəaliyyətlərin davam etdirilməsi bunun əyani sübutlarıdır. Ermənistan tərəfi, həmçinin, münaqişənin nizamlanması üçün beynəxalq təşkilatların irəli sürdükləri tələblərə də yenə biganə yanaşır. ATƏT və Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndələrinin vasitəçiliyi ilə əldə edilən razılaşmanın pozulması, şəhid olan hərbiçilərin nəşlərinin qaytarılmasında yeni şərtlərin qoyulması nəinki beynəxalq hüquq normalarına, eləcə də insanlığa zidd fəaliyyətlərdir və yalnız erməni xislətinin göstəricisi sayıla bilər.

Azərbaycan hər bir əsgər və zabiti ilə qürur duyur. Ərazi bütövlüyümüzün qorunması uğrunda həlak olan şəhidlərimizə Allahdan rəhmət diləyir, yaxınarına dərin hüznlə başsağlığı veririk.

Cəlil Xəlilov,

Respublika Veteranlar Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik

Digər xəbərlər