PDF Oxu

Sosial

  • 1 278

"İslam həmrəyliyinin təbliğində dini icmaların fəaliyyətinin başlıca istiqamətləri"

"İslam həmrəyliyinin təbliğində dini icmaların fəaliyyətinin başlıca istiqamətləri"

Bu mövzuda Goranboyda seminar-müşavirə keçirilib

Dünən Goranboyda Heydər Əliyev Mərkəzində "İslam həmrəyliyinin təbliğində dini icmaların fəaliyyətinin başlıca istiqamətləri" mövzusunda seminar-müşavirə keçirilib.

Tədbiri giriş sözü ilə açan Goranboy rayon icra hakimiyyətinin başçısı Nizaməddin Quliyev bildirib ki, Ulu Öndər Heydər Əliyevin uzaqgörənliklə əsasını qoyduğu və bu gün Azərbaycan Prezidenti İlham Əliyevin davam və inkişaf etdirdiyi dövlət-din münasibətləri sağlam prinsiplər üzərində qurulub. Nizaməddin Quliyev qeyd edib ki, ölkəmizdə "İslam Həmrəyliyi İli"nin elan olunması həm islam aləmi daxilində, həm də dünyada müxtəlif sivilizasiyalar arasında həmrəyliyə töhfə verəcəkdir.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı çıxış edərək qeyd edib ki, Azərbaycan xalqı son bir əsrdir ki, ateizm və mövhumat arasında ən doğru yolu formalaşdırır. Bu yol dini cəhətdən dünyəvi maarifçiliyə keçidi və bu kontekstdə islamın cəmiyyət həyatında yalnız müsbət rol oynamasını təşviq edir. Bu proses müstəqillik illərində dövlətin əsas prioritetlərinə çevrilib. Prezident İlham Əliyev beynəlxalq miqyasdakı qlobal sülh və əməkdaşlıq hərəkatının əsas öncüllərindəndir və sivilizasiyalar və dinlər arasında faydalı əməkdaşlığın, qarşılıqlı etimadın yaradılması üçün mühüm fəaliyyət göstərir.

Sonda mövzu ətrafında müzakirələr aparılıb.

R.NURƏDDİNOĞLU

Digər xəbərlər