PDF Oxu

Sosial

  • 1 254

YAP Qusar rayon təşkilatının hesabat-seçki yığıncaqları davam edir

YAP Qusar rayon təşkilatının hesabat-seçki yığıncaqları davam edir

Yeni Azərbaycan Partiyası Qusar rayon təşkilatının Statistika İdarəsi ərazi ilk partiya təşkilatında hesabat-seçki yığıncağı keçirilib.

Tədbirdə ərazi ilk partiya təşkilatının sədri Abdulkərim Aşurov geniş hesabat məruzəsi ilə çıxış edərək, hesabat dövrü ərzində görülmüş işlərlə bağlı məlumat verib.

Daha sonra ərazi ilk partiya təşkilatına sədr və sədr müavini, eləcə də, YAP Qusar rayon təşkilatının IX konfransına nümayəndələr seçilib.

Tədbirdə YAP Qusar rayon təşkilatının aparat rəhbəri Kamil Sultanov çıxış edərək, hesabatı qənaətbəxş hesab edib və ərazi ilk partiya təşkilatına fəaliyyətində uğurlar arzulayıb.

NƏZAKƏT

Digər xəbərlər