Yeni Azərbaycan Partiyası Yevlax rayon təşkilatı "Səhiyyə" məhəlli ilk partiya təşkilatında hesabat-seçki yığıncağı keçirib
YAP Yevlax rayon təşkilatının şura iclasında təsdiq olunmuş qrafikə əsasən, ərazi və məhəlli ilk partiya təşkilatlarında hesabat-seiki yığıncaqları artıq yekunlaşmaq üzrədir.
Növbəti yığıncaq "Səhiyyə" ilk partiya təşkilatında baş tutub. Hesabat-seçki yığıncağında Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib və yığıncaq gündəlikdə duran məsələlərin müzakirəsinə başlayıb. Yığıncaq iştirakçıları Yeni Azərbaycan Partiyasının Sədr müavini Mehriban Əliyevanın Birinci vitse prezident seçilməsini alqışlarla təbrik ediblər.
Məruzə ilə çıxış edən ilk partiya təşkilatının sədri Məhərrəm Gülməmmədov ötən dövrdə qazanılan uğurlara və qarşıda duran vəzifələrə aydınlıq gətirib, görülən işlər barədə geniş məlumat verib. Çıxışlardan sonra təşkilati məsələyə baxılıb. M.Gülməmmədov ilk partiya təşkilatına yenidən sədr seçilib. İlk təşkilatdan 25 nəfər fəal YAP Yevlax rayon təşkilatının 9-cu konfransına nümayəndə seçilib.
YAP Yevlax rayon təşkilatı qadınlar şurasının sədri Əminə Əhmədova və YAP Yevlax rayon təşkilatının sədr müavini Vahid Quliyev çıxış ediblər: "Azərbaycan xalqı Yeni Azərbaycan Partiysına, onun çevik siyasi qüvvəsinə, Ulu Öndər Heydər Əliyevə və Onun siyasi kursunu layiqincə davam etdirən ölkə Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevə inanır və Onun ətrafında sıx birləşdiklərini hər an nümayiş etdirirlər."
Rövşən NURƏDDİNOĞLU