Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının IX konfransının keçirilməsi ilə bağlı hazırlıq işləri çərçivəsində M.Ə.Rəsulzadə qəsəbəsi, H.Ağamalıyev küçəsi- 5 ünvanlı (M.Ə.Rəsulzadə Bələdiyyəsi) ərazi ilk partiya təşkilatının hesabat-seçki yığıncağı keçirilib.
İclası giriş sözü ilə açan ərazi ilk partiya təşkilatının sədri Hümbət Hüseynov hesabat məruzəsi ilə çıxış edib.
Hesabat məruzəsi ətrafında çıxış edən ərazi ilk partiya təşkilatının üzvləri Ayət Tağıyev, Leyli Tahirova, İsrafil Əliyev, Sabir Qocayev, Miradəm Abbasov, Günel Vahazadə və Ayla İbrahimova hesabatın qənaətbəxş olduğunu bildiriblər.
Çıxışlardan sonra təşkilati məsələlərə baxılıb. Sonra gündəlikdə olan məsələlər ətrafında müzakirələr aparılıb. Qərara əsasən, ərazi ilk partiya təşkilatının 11 nəfərdən ibarət idarə heyəti, Hümbət Hüseynov yenidən sədr, Ayət Tağıyev, İsrafil Əliyev sədr müavinləri və rayon təşkilatının IX konfransa 3 nəfər nümayəndə seçilib.
İclasda çıxış edən YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov M.Ə.Rəsulzadə Bələdiyyəsinin fəaliyyətini yüksək qiymətləndirib.
ZÜMRÜD