PDF Oxu

Sosial

  • 3 036

Səbail rayonunda Ümümdünya Mülki Müdafiə Günü qeyd olunub

Səbail rayonunda Ümümdünya Mülki Müdafiə Günü qeyd olunub

1 Mart - Ümümdünya Mülki Müdafiə Günü ilə bağlı ənənəvi olaraq Səbail rayonunda silsilə tədbirlər keçirilir. Bu münasibətlə Badamdar qəsəbəsindəki 239 saylı orta məktəbdə Səbail rayon icra hakimiyyəti və Fövqəladə Hallar Nazirliyi Səbail rayon Fövqəladə hallar və mülki müdafiə şöbəsinin birgə təşkilatçılığı ilə maarifləndirici tədbir keçirib.

Səbail rayon icra hakimiyyətinin, Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Qoşunları MM İdarəsinin, nazirliyin Dövlət Yanğından Mühafizə İdarəsinin Səbail rayon hissəsinin, Səbail rayon Təcili və təxirəsalınmaz tibbi yardım stansiyasının, bələdiyyənin əməkdaşları, rayon veteranlar təşkilatlarının, Qızıl Aypara Cəmiyyəti rayon bölməsinin nümayəndələrinin iştirakı ilə keçirilən tədbiri 239 saylı orta məktəbin direktoru, əməkdar müəllim Sədaqət Əzimova açaraq keçirilən tədbirlə bağlı məlumat verib.

Səbail rayon icra hakimiyyəti başçısının müavini Abit Əliyev, rayonun Fovqəladə hallar və mülki müdafiə şöbəsinin rəisi, polkovnik-leytenant Nazir Əkbərov və digərləri çıxış edərək, belə tədbirlərin keçirilməsinin əhəmiyyətindən danışıblar.

Çıxışlardan sonra məktəbin həyətində süni yanğın hadisəsi təşkil olunub. Sonra orta məktəbin siniflərində maarifləndirici açıq dərslər keçirilib.

R.HÜSEYNOVA

Digər xəbərlər