PDF Oxu

Sosial

  • 1 224

Dövlət Departamentindən amerikansayağı növbəti qərəz!

Dövlət Departamentindən amerikansayağı növbəti qərəz!

ABŞ "imperiya, militarist" siyasətini yeni əsrdə fərqli yönümdə aparır və dünyanın əsas işğalçı dövlətidir

Bir neçə gün bundan öncə ABŞ Dövlət Departamentinin Demokratiya və İnsan Haqları Bürosu 2016-ci ildə dünyanın müxtəlif ölkələrində insan haqlarının durumuna dair hesabat yayıb. Hesabat bu dəfə daha çox aqressiv ruhda hazırlanması ilə seçilir. Xüsusilə də, Dövlət Departementinin budəfəki hesabatında müxtəlif ölkələrin daxili işlərinə müdaxilə etməsi açıq şəkildə görünür. Hesabatın Azərbaycanla bağlı bölməsində də açıq şəkildə görünür ki, Dövlət Departamenti yenə də riyakarlıq nümayiş etdirərək, ölkəmizlə bağlı qeyri-obyektiv mövqe sərgiləyir. Heç şübhəsiz ki, Dövlət Departamentini qərəzli, qeyri-obyektiv hesabatlar yaymağa məcbur edən əsas amil, məhz elə ABŞ-ın militarist, "mədəni" terrorizmə əsaslanan siyasətidir. Zaman-zaman militarizmə qarşı "mübarizə" apardığını bəyan edən ABŞ "imperiya, militarist, milliyətçi" siyasətini yeni əsrdə fərqli yönümdə aparır, hətta Şərq ölkələrində baş verən müharibələr də, məhz ABŞ-ın apardığı işğalçılıq siyasətinin fəsadlarıdır. Dövlət Departamentinin hazırladığı hesabatı diqqətlə izləyin və ABŞ-ın, əslində, hansı məqsədlə "demokratik" hesabatlar yaydığının şahidi olacaqsınız. Şübhəsiz, tarixi bilmədən, bunu bilmək elə də asan olmayacaq! Neft şirkətləri, iri korporasiyalar, media və humanitar təşkilatlar vasitəsilə müsəlman ölkələrinə, eləcə də Azərbaycana inqilab ixrac etməyə çalışan ABŞ-ın niyyəti zaman-zaman iflasa uğrayıb. Ciddi maliyyə rıçaqları, idarəçilik dayaqlarını ələ keçirə bilməyən ABŞ üçün Azərbaycanın müstəqil siyasət yürütməsi heç bir halda qəbuledilməzdir. Çünki regionda müstəqil siyasət aparılacağı təqdirdə, ABŞ-ın buradakı militarist, imperialist maraqları nəinki təmin olunmur, hətta zərbə altına düşür. Bəli, ABŞ imperiyadır, amma orta əsrlərdəki kimi, "ABŞ İmperiyası" deyilmir. İraq da ABŞ-ın işğalı altındadır, bütün Şimali və Cənubi Amerika dövlətləri də, eləcə də, Liviya, Suriya, Misir və digərləridə... Sadəcə, XXI əsrdə işğal siyasəti və imperiya quruculuğu fərqli yollarla həyata keçirilir. ABŞ-ın işğal siyasətini aparan əsas qurumlardan, hətta deyərdim ki, bir neçə məxfi təşkilatların da birləşdiyi nəhəng idarədir. Dövlət Departamentinə hansısa xalqın azadlığı və problemləri qəti şəkildə maraqlı deyil, əsas olan Amerika maraqlarıdır. ABŞ-ın Azərbaycana olan münasibətini "demokratik baxış" kimi qiymətləndirənlər, deyə bilərmi ki, əgər bu dövlət, həqiqətən, bizim dövlətin və xalqın yaxşılığını istəyirsə, nə üçün "907-ci düzəliş"i ləğv etmirlər? Yaxud ATƏT-in Minsk Qrupunun həmsədri kimi nə üçün bircə dəfə də olsun ədalətli mövqə sərgiləməyib!? Qısası, Dövlət Departamentinin hesabatlarından "ümid" umanlar anlamırlar ki, mqəsəd lap normal olsa belə, müxalifətə dəstək vermək deyil, Azərbaycanın imicinə zərbə vurmaq, özünün informasiya müharibəsinin növbəti qurbanlarını yetişdirməkdir. Hesabata keçək!

ABŞ-ın İraqda, Fələstində körpə uşaqları süngü ilə ödürməsi, daha sonra orqanlarını satması vəhşilik deyil, bəs nədir?

Hesabatda deyilir: "Separatçılar Ermənistanın dəstəyi ilə Dağlıq Qarabağda və yeddi rayon üzərində nəzarəti saxlamaqda davam ediblər. Dağlıq Qarabağın sonuncu statusu ATƏT-in Minsk Qrupunun Fransa, Rusiya və ABŞ həmsədrlərinin beynəlxalq vasitəçilik formatında qalıb. 2016-cı ilin 1-5 aprel döyüşləri 1994-cü ildə imzalanan atəşkəs sazişindən bəri qeydə alınan ən irimiqyaslı qarşıdurma olub. 1-5 aprel atışması zamanı tərəflərin vəhşilik törətdiyinə dair iddialar var. Hər iki tərəf bir-birini ittiham edib və bu müddət ərzində, törədilən vəhşiliklərə görə Avropa İnsan Haqları Məhkəməsinə şikayətlər göndərib". Qeyd edək ki, "tərəflərin vəhşilik törətdiyinə..." dair iddialarınızı redaktə etsəniz, pis olmaz. Vandalizmin ən pis nümunələrini ermənilər yaradıblar, lap bir az da irəli getsək, ABŞ əsgərlərinin İraqda və Fəlsətində körpə uşaqları süngü ilə qətlə yetirmələr, daha sonra orqanlarını satmalar adı vəhşilik deyildir, bəs nədir? Üstəgəl, ermənilər Qarabağda qətliamlar həyata keçirib, müxtəlif işgəncələrlə soydaşlarımızı qətlə yetirdilər, bu haqda, hamıdan yaxşı sizlər bilirsiniz. Bu gün də ermənilər işğal altındakı torpaqlarımızda tarixi abidələrimizi dağıdıb, vandal siyasətlərini həyata keçirirlər. Mülki vətəndaşlarımızı hələ də girov saxlayan ermənilərin bu etdikləri nədir? Şəhidlərimizin nəşindən belə qorxan ermənilərin onların əl-qollarını bağlayıb, cəsədlərinə işgəncə verməsi bəs nədir? Yox əgər aprel əməliyyatları vaxtı leş olan ermənilərin vəhşicəsinə öldürülməsini deyirsinizə, o zaman bilin ki, ilk gülləni onlar atıblar və bizim atdığımız cavab gülləsi erməni dığasının beynini yerə tökübsə, biz bundan ancaq qürurlanırıq və bu, belə də olacaq! Ölmək istəməyən erməni əsgəri torpaqlarımzıdan rədd olmalıdırlar.

Biz qanunu pozanları qanunla cəzalandırırıq, sizlərsə, birbaşa güllə ilə vurursunuz!

Hesabatda "Nida"çıların, cinayət törətmiş digər şəxslərin, xüsusilə də, ölkədə silahlı insidentlər törətməyə çalışan "dindar"ların adlarının çəkilməsi, bir daha əminlik yaradır ki, ABŞ köhnə mövqeyindədir. Əsas mqəsəd ölkəmzidə sabitliyə, əmin-amanlığa zərbə vurmaq, siyasi partiyaları terrorçu, silahlı birləşmələrə çevirmək, regionda yeni problemlər yaratmaqdır. Azərbaycan 20 il öncəki dövlət deyil! Hesabatda məcburi köçkün və qaçqınların səhiyyə və təhsilə çıxış əldə edə bilməməsini iddia edən Dövlət Departamenti riyakar şəkildə bu sahədə həyata keçirilən işlərə kölgə salmağa cəhd etməsi özünü dünyada "demokratiyanın beşiyi" adlandıran ABŞ-ın növbəti riyakar mövqeyindən başqa bir şey deyil. Azərbaycanda sərbəst toplaşmaq azadlığından danışan Dövlət Departamenti bu haqda hesabatda yazır ki, aksiyalarda iştirak edənlər saxlanılır. Axı gülüncdür! Hansı aksiya? Ümid etdiyiniz dağıdıcı müxalifətin keçirdiyi aksiyaları nəzərdə tutursunuzsa, axı onlar aksiya keçirmir, günəşin çıxmasını gözləyirlər. Yox əgər beş-on nəfərin yolu kəsməsini deyirsinizsə, o zaman deyə bilərik ki, ABŞ-da hər gün aksiya keçirilir. Amma bircə fərqimiz var: biz qanunu pozanları qanunla cəzalandırırıq, sizlərsə, birbaşa güllə ilə vurursunuz! Heç kim də heç bir hesab tələb etmir, ancaq bu, heç zaman hesabatın tələb olunmayacağı anlamına gəlmir.

Samir

Digər xəbərlər