Qadın brilyantdan da
almazdan da ucasa,
Niyə qulaqlarına
qızıldan sırğa asaq?
Qadın ləyaqətidir
dünyanın ilk əsgəri,
Hər sərvətdən ucadır
qadının öz şərəfi.
Baş əy önündə onun,
məhəbbətini qazan.
Onu uca yaradıb,
ona böyüklük yazan!
Allahdır o qüdrəti
verən hər bir qadına,
O ucalıq bəxş edib
qadın - ana adına.
Ana - ucalıq rəmzi,
bəşərin varlığıdır.
Qadının yaranması
bəlkə də kainatın
Yaradana səcdəsi,
ilk minnətdarlığıdır.
Aydın İsmayılov,
təqaüdçü mühəndis,
Sumqayıt şəhəri