Bu gün Analar Günü, fəxr eylədik adınla,
Analıq şərəfinə yetsin bütün qadınlar,
Bütün kainat, aləm yetsin Günəş nuruna.
Analar da günəşdir, onların sağlığına
O nur ilə nurlansın sevən hər kəsin yolu,
Övladlar sevinc tapsın, fərəhlənsin analar,
Analar sevinəndə, dünya bəxtiyar olar.
Günəş günəştək yanar, fərəh yayar cahana.
Sevinc səmalarında uçar onda hər ana.
Analar yetişdikcə ucalığa sərasər,
Onları təbrik üçün Tanrımız da tələsər...
Aydın İsmayılov,
təqaüdçü mühəndis, Sumqayıt şəhəri