PDF Oxu

Sosial

  • 1 248

Azərbaycan xalqı Yeni Azərbaycan Partiyasına inanır və onun ətrafında sıx birləşir

Azərbaycan xalqı Yeni Azərbaycan Partiyasına inanır və onun ətrafında sıx birləşir

YAP Şəmkir rayon təşkilatının Nizami Gəncəvi adına rayon məhəlli ilk partiya təşkilatında hesabat-seçki yığıncağı keçirilib

Yeni Azərbaycan Partiyası Şəmkir rayon təşkilatının Nizami Gəncəvi adına rayon məhəlli ilk partiya təşkilatında hesabat-seçki yığıncağı keçirilib. Hesabat məruzəsi ilə çıxış edən ərazi ilk partiya təşkilatının sədri İlhamə Səfərova qeyd edib ki, təşkilatın fəaliyyət planında nəzərdə tutulan bütün məsələlər uğurla həyata keçirilib, bundan sonra da qarşıya qoyulan vəzifələrin uğurla yerinə yetirilməsi üçün bütün imkanlar səfərbər ediləcək.

Tədbirdə çıxış edən YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev bu gün dünyada baş verən gərgin ictimai-siyasi proseslərin fonunda Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda həyata keçirilən uğurlu siyasətdən bəhs edib. F.Vəliyev qeyd edib ki, xalq öz Prezidentini, Onun Sədri olduğu partiyanı dəstəkləyir: "Bu gün partiyanın sıraları getdikcə artır, Azərbaycan xalqı Yeni Azərbaycan Partiyasına inanır və onun ətrafında sıx birləşdiyini nümayiş etdirir".

Yığıncaqda gündəlikdə duran digər məsələlər müzakirə olunub, yeni tərkib və YAP Şəmkir rayon təşkilatının IX konfransına nümayəndələr seçilib.

Rəfiqə HÜSEYNOVA

Digər xəbərlər