PDF Oxu

Sosial

  • 1 370

2016-cı ildə Yasamal rayonunda sənaye müəssisələrinin işinin əsas göstəriciləri

2016-cı ildə Yasamal rayonunda sənaye müəssisələrinin işinin əsas göstəriciləri

Yasamal rayon Statistika Şöbəsindən verilən məlumata görə, 2016-cı ildə rayonda fəaliyyət göstərən bütün sənaye müəssisələri tərəfindən 189983,6 min manatlıq və ya əvvəlki illə müqayisədə 26,5 faiz çox sənaye məhsulu istehsal olunmuşdur. Sənaye məhsulunun ümumi həcmində qeyri-dövlət sektorunun xüsusi çəkisi 18,7 faiz təşkil edir.

2016-cı ildə sənaye müəssisələri tərəfindən 189983,6 min manatlıq və ya əvvəlki ilə nisbətən 26,5 faiz çox sənaye məhsulu istehsal edilmiş və xidmətlər göstərilmişdir.

Sənayenin dövlət sektorunda 35545,2 min manatlıq və ya ümumi istehsalın 18,7 faizi qədər, qeyri-dövlət sektorunda isə 154438,4 min manatlıq və ya ümumi istehsalın 81,3 faizi qədər sənaye məhsulu istehsal edilmiş və xidmətlər göstərilmişdir.

2016-cı ildə istehlakçılara 248886,6 min manatlıq, o cümlədən, sənaye müəssisələrinin öz istehsalı olan 189004 min manatlıq məhsul göndərilmişdir.

2017-ci ilin yanvar ayının 1-i vəziyyətinə sənaye müəssisələrinin anbarlarında 3624,6 min manatlıq hazır məhsul qalmışdır.

Sənaye məhsulu istehsalının ümumi çəkisində mədənçıxarma sənayesi 15,5 faiz, emal sektoru 69 faiz, elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektoru 0,8 faiz, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektoru isə 14,7 faiz təşkil etmişdir.

Emal bölməsinin müəssisələri tərəfindən 131109,4 min manat dəyərində və ya əvvəlki ilə nisbətən 43,7 faiz çox məhsul istehsal olunmuş və sənaye xarakterli xidmətlər göstərilmişdir.

Kimya sənayesi məhsullarının istehsalı sahəsində 163,9 min manatlıq məhsul istehsal edilmişdir. Əvvəlki illə müqayisədə kimya sənayesində 23,2 faiz artma müşahidə olunmuşdur.

Tikinti materiallarının istehsalı sahəsində fəaliyyət göstərən müəssisələr tərəfindən 23146,8 min manatlıq məhsul istehsal edilmişdir.

2016-cı ilin yanvar-noyabr aylarında sənayedə işçilərin orta siyahı sayı 6846 nəfər olmuşdur ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 556 nəfər və ya 8,8 faiz, orta aylıq əmək haqqı isə 605,3 manat və ya əvvəlki ilin müvafiq dövrünə nisbətən 5,1 faiz artmışdır.

Qismət İsmayılov

Digər xəbərlər