PDF Oxu

Sosial

  • 1 223

"Amnesty International" erməni lobbisinin əlində alətə çevrilib

"Amnesty International" erməni lobbisinin əlində alətə çevrilib

Azərbaycana qarşı növbəti qərəzli hesabatın sifarişçisi erməni lobbisinin təsiri, daxilidəki qüvvələrin istəyi olub

"Amnesty International" təşkilatı növbəti dəfə Azərbaycanla bağlı yaydığı qərəzli hesabatında, belə bir iddia irəli sürür ki, guya Azərbaycanda bəzi QHT-lərə və mətbu orqanlara qarşı təzyiqlər var. Hətta erməni lobbisinin maliyyə vəsaiti ilə demokratik dünyanın bir parçası olan Azərbaycana böhtan atan bu üzdəniraq təşkilat iddia edir ki, guya ölkəmizdə bəzi QHT-lərə və mətbu orqanlara qarşı kiberhücumlar təşkil olunur. Sual yaranır: təşkilatın bu dərəcədə qərəzkarlıq nümayiş etdirməsinin səbəbi nədir? Söhbət etdiyimiz müsahiblərimiz "Amnesty İnternational" təşkilatının qərəzli hesabatının səbəbini erməni lobbisinin təsiri, daxilidəki qüvvələrin istəyi ilə əlaqələndirdilər.

"Xalq Cəbhəsi" qəzetinin baş redaktoru Elçin Mirzəbəyli:

- Bu "Amnesty International" təşkilatının və bu təşkilatı himayə edən dairələrin Azərbaycana qarşı ənənəvi qərəzli siyasətinin tərkib hissəsidir. Ölkəmizdə QHT-lərə və KİV-ə qarşı hər hansı bir təzyiqin olduğundan söhbət gedə bilməz. Əksinə, dövlət QHT sektorunun və KİV-in inkişafı üçün yaratdığı fondlar vasitəsilə bu təsisatlara təmənnasız dəstək göstərir. Dövlət fondlarının maliyyələşdirdiyi QHT və KİV-lərin siyahısına diqqət yetirilərsə, burada cəmiyyətin ən müxtəlif siyasi dünyagörüşlü təbəqələrinin təmsilçilərini asanlıqla görmək mümkündür. Əgər "Amnesty International" bütün bunları görmürsə, deməli, ya qərəzlidir, ya da gözlərini erməni diasporunun dəsmalı ilə möhkəmcə bağlayıb.

"Demokratik Azərbaycan Naminə" Gənclərin İctimai Birliyinin sədri Elməddin Behbud:

- Bu kimi təşkilatlar vətəndaş cəmiyyəti institutlarından hanısa dövlətlərə təzyiq etmək üçün istifadə edirlər. Təəssüflər olsun ki, bu tip bir sıra beynəlxalq QHT-lərin ədalətsiz olaraq, tənqid hədəfi illədir ki, Azərbaycandır. Bütün bunların səbəbi də inkişaf etmiş Azərbaycanın əldə etdiyi uğurlara kölgə salmaqdan ibarətdir. Amma onların nə etmələrindən asılı olmayaraq, Azərbaycan dövləti öz uğurlu siyasətini davam etdirəcəkdir. Azərbaycan hüquqi dövlətdir və Azərbaycanda qəbul olunan bütün qərarlar müvafiq qanunvericilik aktlarına və konstitutsiya istinad edir. O cümlədən də, QHT-lərin, medianın və digər ictimai-siyasi institutlar fəaliyyəti də. "Amnesty International" təşkilatının növbəti dəfə Azərbaycanla bağlı yaydığı qərəzli hesabatında belə bir iddia irəli sürürməsində qeyri-adi bir şey yoxdur, eyni zamanda, bunun bizim üçün də xüsusi əhəmiyyəti yoxdur.

İnsan Hüquqları XXI əsr Fondunun sədri Şahin Camalov:

- Hər zaman bu cür təşkilatlar tərəfindən Azərbaycana qarşı reallığı özündə əks etdirməyən xoşagəlməz fikirlər səsləndirilib. Ancaq heç vaxt onlar tərəfindən səslənən bu fikirləri ciddiyə almamışıq. Demək olar ki, ermənilər "Amnesty International" və kimi təşkilatlarda Azərbaycan əleyhinə iş aparırlar. Çox təəssüflər olsun ki, bəzi azərbaycanlılar da onların dəyirmanına su tökməklə məşğul olurlar. Azərbaycan dövlətinin daha da inkişaf etməsinə qısqanclıq hissi ilə yanaşaraq, bu inkişafa kölgə salmaq istəyirlər. Ancaq onların nə etməsindən asılı olmayaraq, Azərbaycanın inkişafını davam etdirəcək.

GÜLYANƏ

Digər xəbərlər