PDF Oxu

Sosial

  • 1 244

Hollandiyada qətlə yetirilən türk diplomatlar- ARAŞDIRMA!

Hollandiyada qətlə yetirilən türk diplomatlar- ARAŞDIRMA!

Məqsəd türk diplomatlarının xarici ölkələrdəki qətlini təşkil etməklə Türkiyə ilə dünya dövlətləri arasında diplomatik xaos yaratmaq, hətta bu dövlətləri müxtəlif miqyaslı hərbi əməliyyatlara məcbur etmək idi

Birinci Dünya müharibəsindən (1914-1918) sonra Paris Sülh konfransında (1919) dünyanın super gücləri- ABŞ, İngiltərə və Fransa Osmanlı İmperiyasını "Avropanın xəstə adamı" adlandırdı. Bir müddət sonra, 1920-ci il avqust ayının 10-da Fransanın Sevr şəhərində imzalanan müqavilə ilə Osmanlı İmperiyası bölüşdürüldü (de-yure), Türkiyə isə suverenliyini itirdi (de-fakto), bu, həm də Avropanın yüz illər boyu arzuladığı "bölüşdürmə" siyasətinin realaşması demək idi. Türkiyə ərazilərinin 4/3-nü itirsə də, 1923-cü ildən sonra, ümumilikldə, dünya coğrafiyasında yeni istiqamətlər müəyyənləşdirdi, dünya siyasi xəritəsindəki mövqeyini itirmədi. Təsadüfi deyil ki, Birinci Dünya müharibəsi zamanı buraxılmış "səhv"lər İkinci Dünya müharibəsi zamanı təkrarlanmadı. ABŞ-ın 40-cı prezidenti olmuş Ronadl Uilson Reyqan (1981-1989) Türkiyənin dünya siyasətindəki yerini, eyni zamanda, bu dövlətin iştirakı olmadan dünya düzəninin dəyişdirilməsinin mümkün olmadığını etiraf edir. XX əsrin 70-80-ci illərində "soyuq müharibə" həm də dünyaya, xüsusilə də, türk dövlətlərinə (hədəf Türkiyə idi), Şərq dünyasına qətliamlar, sui-qəsdlər və terror ixrac etdi. Heç şübhəsiz ki, terrora qarşı ən çox "mübarizə" apardığını bəyan edən Qərb özünü sığortalamışdı. Məqsəd türk diplomatlarının xarici ölkələrdəki qətlini təşkil etməklə, Türkiyə ilə dünya dövlətləri arasında diplomatik xaos yaratmaq, hətta bu dövlətləri müxtəlif miqyaslı hərbi əməliyyatlara cəlb etmək idi. Bunun üçün "ASALA" ən tutarlı variant idi. Onlarla türk diplomatları Almaniya, Fransa, ABŞ, Danimarka, Hollandiya, İsveç, ABŞ və digər ölkələrdə terror nəticəsində qətlə yetirildilər.

Türkiyənin Holllandiyadakı səfirinin 27 yaşlı oğlu öldürülür

Türkiyə dövlətinə qarşı tutduğu düşmənçilik mövqeyinin, əslində, hardan qaynaqlandığını nümayiş etdirmək üçün bu vaxta kimi, Hollandiyada qətlə yetirilən türk diplomatlarla bağlı məsələlərə toxunacağıq. Son günlər hər iki dövlət arasındakı diplomatik xaosun əsas günahkarı da Hollandiyadır, Danimarkadır, ABŞ-dır, bütövlükdə, Qərb dünyasıdır. Dünyaya "demokratiya" dərsi keçməyə çalışan Hollandiya ən aqressiv qanunları ilə tanınan, terrora qarşı heç vaxt qınayıcı mövqe ortaya qoymayan, əksər hallarda isə terrorçu qruplaşmaları dəstəkləyən dövlətdir! Faktlara keçək!

1979-cu il oktyabrın 12-də Türkiyənin Hollandiyadakı səfiri Özdəmir Benlerin oğlu Ahmet Benler (27 yaşlı) öldürülüb. Hücuma görə məsuliyyəti Erməni Soyqırımı Ədalət Komandosları və "ASALA" üzərinə götürüb. Lakin Hollandiya hüquq-mühafizə orqanları qətli araşdırmaqdan imtina edir, hətta Türkiyənin hüquq-mühafizə orqanlarının qətlin baş verdiyi ərazidə ekspertiza həyata keçirməsinə mane olur. Hollandiya dövləti açıq şəkildə terrorçuları müdafiə edir, günahkarların sərhəddən keçməsinə şərait yaradır. Eyni zamanda, holland mediası türk diplomatları və iş adamları haqqında aşağılayıcı kampaniyaya start verir. Səfir Ö.Benler dəfələrlə sui-qəsdə, terrora məruz qalır, açıq şəkildə hədə məktubları alır. Hollandiya rəsmi qurumları isə, susqunluq nümayiş etdirməklə, terrorun yanında olduğunu nümayiş etdirirdilər.

1979-cu il dekbarın 22-də Hollandiyada (Amsterdam) Türk Avia Nəqliyyat Şirkətinin qarşısında partlayış törədilir. Hollandiya dövləti ətrafa qırmızı lent çəkərək hətta şirkət sahiblərinin əraziyə yaxınlaşmalarına mane olur, daha sonra isə şirkət böyük təpkilərə məruz qalır. Hollandiyanın dövlət qurumları şirkətə ard-arda sanksiyalar, cərimələr tətbiq etməklə əməkdaşları, şirkəti qovmağa çalışırlar. Şirkətin türk əməkdaşları gecə ilə oğurlanır, bir neçəsi döyülür, bəzilərinin həyatından isə hələ də xəbər yoxdur.

1982-ci il iyul ayının 21-də Türkiyənin Hollandiyadakı Baş konsulu Kemal Demirer ona qarşı təşkil edilən hücumdan salamat qurtulur. Gec-tez öldürüləcəyi ilə bağlı mesajlar alan Baş konsula qarşı dəfələrlə sui-qəsd və terror təşkil olunur, ancaq Hollandiya dövləti susur.

Terror hadisələri Hollandiyanın, ümumilikdə, Qərbin super güclərinin dəstəyi ilə "ASALA" terror təşkilatının əli ilə həyata keçirilirdi

Hazırda Türkiyə ilə Hollandiya arasında baş verən hadisələrə yersiz müdaxilə edən, anti-türk mövqeyini açıq şəkildə ortaya qoyan Danimarkada da türk diplomatlarına qarşı terror hadisələri həyata keçirilib. 1979-cu il oktyabrın 4-də Danimarkada (Kopenhagen) Türk şirkətinin binası partladılır. 1981-ci il aprelin 3-də Danimarkada (Kopenhagen) Türk səfirliyinin əmək məsələləri üzrə attaşesi Kavit Demir gecə evinə qayıdan zaman, erməni terrorçuları tərəfindən gülləbaran edilir. Ağır yaralanan diplomat bir neçə əməliyyatdan sonra sağalır. 1981-ci il avqustun 11-də Danimarkada (Kopenhagen) iki bombanın partlaması "Suis Eyr" şirkətinin binasını məhv edilir, bir neçə insan xəsarət alır. 1981-ci il sentyabrın 15-də Danimarkada (Kopenhagen) Türk Avia Nəqliyyat Şirkəti binası qarşısında baş verən partlayış nəticəsində iki nəfər yaralanır. 2 aprel 1981-ci ildə Türkiyənin Danimarkadakı səfirliyinin attaşesi Cavit Demirə silahlı hücum edilib və o da yaralanıb.

Bütün bu cinayətlər və terror hadisələri Hollandiyanın, ümumilikdə, Qərbin super güclərinin dəstəyi ilə "ASALA" terror təşkilatının əli ilə həyata keçirilirdi. Bu vaxta qədər isə heç bir hollandın Türkiyədə burnu belə qanamayıb, əksinə, şirkətlərdə böyük paya malikdirlər. Eyni zamanda, Hollandiyada fəaliyyət göstərən türk şirkətləri hər il milyonlarla vəsait Hollandiya büdcəsinə vergi ödəyirlər. Məqsəd regionda və dünyada sülhü, təhlükəsizliyi təmin etmək yox, dünyada hər vəchlə böyük türk dövlətinin zəifləməsinə çalışmaqdır. Ancaq Qərb, yəqin ki, bunu unutmur: bu, sizin 1400 illik arzunuzdur. Bu reallığı başa düşürlər ki, Türkiyənin adekvat cavabları Hollandiyanı sarsıdacaq!

Samir

Digər xəbərlər