Aydın Mirzəzadə: "Türkiyəyə qarşı belə münasibət Avropanın özünün təbliğ etdiyi diplomatik qaydalara ziddir"
"Niderlandın Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun təyyarəsinə uçuş icazəsini ləğv etməsi, Türkiyəyə qarşı belə münasibətin göstərilməsi Avropanın özünün təbliğ etdiyi diplomatik qaydalara, beynəlxalq münasibətlərə, mehriban qonşuluq siyasətinin yeridilməsinə ziddir". Bu sözləri Millli Məclisin deputatı Aydın Mirzəzadə vurğulayaraq bildirib ki, dövlətlərarası münasibətlərdə beynəlxalq hüququn prinsiplərinin gözlənilməsi, digər dövlət üçün təhlükə yaratmadığı təqdirdə, ölkələrin bir-birinin marağına hörmətlə yanaşmaları vacibdir: "Türkiyə həmişə Avropa, eləcə də, qonşu ölkələrə məhz belə münasibətlə yanaşıb. Tanınmış, demokratik ənənələrə malik Avropa ölkəsinin Türkiyə rəmsilərinə, Türkiyənin xarici işlər nazirinə qarşı bu cür münasibət göstərməsi anlaşılan deyil. O, Avropanın özünün təbliğ etdiyi diplomatik qaydalara, beynəlxalq münasibətlərə, mehriban qonşuluq siyasətinin yeridilməsinə ziddir".
Millət vəkilinin sözlərinə görə, Avropada antitürk əhval-ruhiyyəsi baş qaldırmaqdadır: "Bu, ya Türkiyənin müstəqil xarici siyasət yürütməsi ilə bağlıdır, ya da hakimiyyətdə olan siyasi partiyalar qarşıdan gələn seçkilərdə daha çox səs toplamaq üçün belə addım atırlar. İstənilən halda, vəziyyət bu həddə gəlib çatmalı deyildi. Onsuz da dünya siyasətində kifayət qədər problemlər var. Onsuz da, beynəlxalq siyasətin diqqət edəcəyi məqamlar kifayət qədərdir. Amma Türkiyə ilə münasibətləri pozmaq, Türkiyənin xarici işlər nazirinin ölkəyə buraxılmasından imtina etmək bütün diplomatik normalara ziddir. Çox istərdim ki, ölkələr Türkiyəyə qarşı belə münasibətin yolverilməzliyini qəbul etsinlər və Türkiyə ilə münasibətləri normaya salmaq üçün öz təşəbbüsləri ilə addımlar atsınlar".
Cümşüd Nuriyev: "Əslində, bu, demokratiyanın faciəsi deməkdir"
"İnsan hüquqları və demokratiyanı özünün təməl prinsipləri hesab etdiyi halda, Niderland hökumətinin Türkiyə Respublikası hökuməti rəsmilərinə qarşı həyata keçirdiyi tədbirlər, Niderlandda yaşayan türk icması üzvlərinin sərbəst və dinc toplaşmasına imkan verilməməsi və onlara qarşı gücdən istifadə olunması, əslində, demokratiyanın faciəsidir. Avropa həmişə yalandan demokratiya var deyir, ancaq fakt-faktlığındav qalır. Bu, Avropanın siyasi faciəsinin göstəricisidir".
C.Nuriyev onu da vurğulayıb ki, başqa vaxtlarda Avropa demokratiya dərsi keçir, ağıl verir, bu tip məsələlərdə yol göstərir: "Guya bunlarda demokratiya yüksək səviyyədədir. Amma müsəlman dövlətinə qarşı bu qədər qısqanclıq, İslamofobiya, antidemokratik addımların atılması, təbii ki, onlara baş ucalığı gətiməyəcək. Digər bir məqam isə, Nollandiya özünü Avropanın demokratik cəhətdən ən inkişaf eləmiş bir dövlət kimi gündəmə gtirir. Mənə elə gəlir ki, Nollandiyanın bu addımı atmasında Almaniyanın tapşırığına əsasən hərəkət edir. Belə çıxır ki, Nollandiya dövləti də, əslində, Ermənistan kimi kukla dövlətdir və bunların da marğı Almaniyanın maraqlarına uyğun gəlir. Bildiyimiz kimi, Almaniyada yenidən neofaşizm gündəmə gəlib və Hollandiya da bir növ neofaşizmi birinci Türkiyəni zərbəsinin altına keçirməklə bunun arxasınca, Fransanı çıxmaq şərti ilə, Avropa dövlətlərinin digər türk toplumları olan yerlərdə də planlaşdırılması niyyətlərini gerçəkləşdirmək istəyir. Amma bütün hallarda, bu, həm Cenevrə Konvensiyasına, həm də beynəlxalq qanunlara ziddir. Bu holland nümunəsinə Azərbaycana demokratiya dərsi keçməyə çalışan Avropa İttifaqının özünün ikiüzlüyünün bir sindromu dahesab etmək olar. Bunun başqa adı yoxdur".
R.HÜSEYNOVA