Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının IX konfransının keçirilməsi ilə bağlı hazırlıq işləri çərçivəsində ərazi ilk partiya təşkilatlarının hesabat-seçki yığıncaqları davam edir. Bu məqsədlə, YAP Binəqədi rayon təşkilatının Binəqədi rayonu, Azadlıq prospekti 195 ünvanlı (Ə.D.Məlikov adına 6 saylı Birləşmiş Şəhər Xəstəxanası) ərazi ilk partiya təşkilatında hesabat-seçki yığıncağı keçirilib. Yığıncaqdan əvvəl şəhid olan əsgərlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Yığıncağı giriş sözü ilə açan ərazi ilk partiya təşkilatının sədri İsa Cahanov hesabat məruzəsi ilə çıxış edib. O, hesabat məruzəsində təşkilat tərəfindən həyata keçirilən tədbirlər və layihələr barədə danışıb. Partiya üzvlərinin aktiv fəaliyyətləri ilə seçildiklərini və YAP Binəqədi rayon təşkilatının tədbirlərində, mütəmadi iştirak etdiklərini tədbir iştirakçılarının nəzərinə çatdıran ərazi ilk partiya təşkilatının sədri, həmçinin, qeyd edib ki, partiyaya üzv olmaq üçün təşkilata çoxsaylı müraciətlər olunub.
Yığıncaqda çıxış edən ərazi ilk partiya təşkilatının üzvləri İsrail Qasımov, Nərgiz Səlimova və Aytən Şərifova hesabat məruzəsinin qənaətbəxş olduğunu bildiriblər.
Çıxışdan sonra, təşkilati məsələlər geniş müzakirə olunub. Qərara əsasən, 9 nəfərdən ibarət idarə heyəti, İsa Cahanov yenidən sədr, İsrail Qasımov və Məleykə Məmmədova sədr müavinləri və YAP Binəqədi rayon təşkilatının IX konfransına isə 5 nəfər nümayəndə seçilib.
Yığıncaqda Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədr müavini Vüsar İsmayılov çıxış edərək Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda həyata keçirilən uğurlu siyasətdən danışıb. Vurğulanıb ki, bu gün ölkəmiz bütün sahələr üzrə böyük uğurlar qazanır və dövlətimizin nüfuzu durmadan artır. Təbii ki, bütün bunlar Ulu Öndər Heydər Əliyev siyasi kursunun ardıcıl və məqsədyönlü şəkildə davam etdirilməsinin nəticəsidir.
Yığıncaqda xəstəxananın 16 nəfər əməkdaşı partiya sıralarına üzv olmaq üçün müraciət edib.
ZÜMRÜD