Avropa Məhkəməsi növbəti dəfə biabirçı qərara imza atıb. Belə ki, Avropa Məhkəməsi işə götürən şəxslərin işçilərin hicab taxmasına qadağa qoyması haqqına qərar qəbul edib. Qərar işəgötürənlərin işçilərin dini səciyyəvi geyimlərini qadağan etmə ixtiyarına malik olduqlarını vurğulayır. Avropa Məhkəməsi Belçika və Fransa tərəfindən edilən iki şikayəti birləşdirərək, bu qərara gəlib.
Bu qərar Avropa Məhkəməsi tərəfindən qəbul edilərək ikrah doğuran ilk qərar deyil. Fəaliyyət prinsiplərini islamofobiya üzərində quran Avropa Məhkəməsi zaman-zaman müsəlmanlar əleyhinə qəbul etdiyi zorakı, anti-demokratik qərarları ilə gündəmə gəlib. Son vaxtlarda Avropada müsəlman dövlətlərinə qarşı aparılan iyrənc siyasət özünün ən pik həddinə çatıb. Hələ bir neçə il bundan öncə, Fransa ölkədə hicablı insanlarla bağlı radikal, zorakı qərar qəbul etdi və inanclı insanlar müxtəlif üsullarla təhdid olundular.
Bu gün də türk-müsəlman dövlətlərinə qarşı Avropada böyük bir qısqanclıq var. Hər vəchlə türk-müsəlman dövlətlərinə zərbə vurmağa çalışan Avropa dövlətlərinin bir neçə gün bundan öncə, qardaş Türkiyə dövlətinə qarşı etdikləri hörmətsizliklərin də şahidi olduq. Lakin bütün bu tip addımlar heç vaxt cavabsız qalmayıb və yəqin ki, bundan sonra da qalmayacaq.
Bundan başqa, Avropa Məhkəməsi Azərbaycanla bağlı, mütəmadi olaraq, yersiz, qanunlarımıza müdaxilə sayıla biləcək qərarlar verib. Seçkidə uduzan, heç bir ictimai-siyasi nüfuzu olmayan şəxslərin sərsəm iddiaları əsasında qərarlar çıxararaq, ölkəmizdəki demokratik mühitə kölgə salmağa çalışıblar.
Bəs, görəsən, Azərbaycandakı dağıdıcı müxalifət bu haqda nə düşünür? Avropa Məhkəməsinin qərarlarını "ata nəsihəti" kimi qəbul edən AXCP və Müsavat rəhbərliyi bu haqda nə düşünür? Ölkəmizdə süni ajiotaj yaratmağa cəhd edən, insanların inancları üzərində özlərinə dividend qazanmağa çalışan, və Avropada fəaliyyət göstərən ermənipərəst qüvvələrin qulbeçələrinə çevrilən bu şəxslər niyə Avropa Məhkəməsini qınamır və ya qınaya bilmir!? Zaman-zaman ölkəmizdə guya hicablı insanların təqib və təzyiqlərə məruz qaldığını iddia edən dağıdıcı müxalifət indi niyə susur? Amma baxın, dərisinin rəngindən, dinindən, irqindən, siyasi mənsubiyyətindən, milliyyətindən asılı olmayaraq, ölkəmizdə hər kəs əmin-amanlıqda və sabitlik içərisində yaşayır. Görəsən, "bizlərə hicab qadağası var" böhtanı ilə Avropa Məhkəməsinə üz tutanların vicdanı titrədimi!? Əslində, bu, həm də ermənipərəstlərin və böhtançıların ifşası idi.
Samir