YAP Zərdab rayon təşkilatının ərazi ilk partiya təşkilatlarında hesabat-seçki yığıncaqları uğurla davam edir
Yeni Azərbaycan Partiyası Zərdab rayon təşkilatının ərazi ilk partiya təşkilatlarında hesabat-seçki yığıncaqları davam edir. Növbəti yığıncaq rayon təşkilatının Mədəniyyət və Turizm Şöbəsi ərazi ilk partiya təşkilatında keçirilib.
Tədbirdə çıxış edən Mədəniyyət və Turizm Şöbəsi ərazi ilk partiya təşkilatının sədri Gülnaz Məmmədova qeyd edib ki, təşkilatın fəaliyyət planında nəzərdə tutulan bütün məsələlər uğurla həyata keçirilib, bundan sonra da qarşıya qoyulan vəzifələrin uğurla yerinə yetirilməsi üçün bütün imkanlar səfərbər ediləcək.
Hesabat-seçki yığıncağında çıxış edən şura üzvü Nailə Əliyeva və partiya fəalları ərazi ilk partiya təşkilatlarının ötən dövr ərzindəki fəaliyyətini qənaətbəxş qiymətləndiriblər.
Hesabat yığıncağında çıxış edən rayon icra hakimiyyəti başçısının müavini, YAP Zərdab rayon təşkilatının sədri Pərvin Mahmudova Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə təsis olunan Yeni Azərbaycan Partiyasının yaranma zərurətindən, həmçinin, ölkəmizin ictimai-siyasi həyatında oynadığı roldan ətraflı bəhs edib. Çıxışında natiq, eyni zamanda, YAP-ın Sədri, Prezident İlham Əliyevin həyata keçirdiyi düzgün və məqsədyönlü siyasət nəticəsində Azərbaycanın Cənubi Qafqazda lider dövlətə çevrildiyini diqqətə çatdırıb.
Tədbirdə ərazi ilk partiya təşkilatının sədri, sədr müavini, idarə heyətinin üzvləri və YAP Zərdab rayon təşkilatının VIII konfransına nümayəndələr seçilib.
R.Rəsulov