PDF Oxu

Sosial

  • 1 443

YAP Qusar rayon təşkilatının hesabat-seçki yığıncaqları davam edir

YAP Qusar rayon təşkilatının hesabat-seçki yığıncaqları davam edir

Yeni Azərbaycan Partiyası Qusar rayon təşkilatının IX konfransına hazırlıq işləri ilə əlaqədar hesabat-seçki yığıncaqları davam etməkdədir. Növbəti hesabat-seçki yığıncağı rayon Mədəniyyət Mərkəzi ərazi ilk partiya təşkilatında keçirilib.

Yığıncaqda çıxış edən ərazi ilk partiya təşkilatın sədri Faiq Qardaşov ötən konfransdan keçən müddətdə görülmüş işlər barədə geniş hesabat məruzəsi ilə çıxış edib.

Hesabat məruzəsi müzakirə olunduqdan sonra qənaətbəxş hesab olunub və qərara əsasən, ərazi ilk partiya təşkilatının idarə heyəti, Faiq Qardaşov yenidən sədr, sədrin müavini, eyni zamanda, YAP Qusar rayon təşkilatının IX konfransına nümayəndələr seçilib.

Tədbirdə yekun sözü ilə çıxış edən Yeni Azərbaycan Partiyası Siyasi Şuranın üzvü, rayon təşkilatının sədri David İbramxəlilov ərazi ilk partiya təşkilatının fəaliyyətini yüksək qiymətləndirib, yeni seçilmiş tərkibə işlərində uğurlar arzulayıb.

Daha sonra Yeni Azərbaycan Partiya sıralarına yeni qəbul olunmuş partiya üzvlərinə vəsiqələr təqdim olunub.

NƏZAKƏT

Digər xəbərlər