PDF Oxu

Sosial

  • 1 339

Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının hesabat-seçki yığıncaqları davam edir

Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının hesabat-seçki yığıncaqları davam edir

Dünən Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının 6-cı mikrorayon, S.Məmmədov küçəsi 203 ünvanlı (153 saylı körpələr evi-uşaq bağçası) ərazi ilk partiya təşkilatında hesabat-seçki yığıncağı keçirilib.

Yığıncağı giriş sözü ilə açan YAP Binəqədi rayon təşkilatının əməkdaşı Orxan Əlixanlı bildirib ki, iclasda, gündəliyə uyğun olaraq, ərazi ilk partiya təşkilatının sədrinin hesabat məruzəsi və bir sıra təşkilati məsələlər müzakirə olunacaq.

Daha sonra ərazi ilk partiya təşkilatının sədri Şölə İsmayılova hesabat məruzəsi ilə çıxış edərək, hesabat dövrü ərzində görülən işlər haqqında ətraflı məlumat verib.

Yığıncaqda çıxış edən ərazi ilk partiya təşkilatının üzvləri Gülnarə Rəşidova, Mərziyyə Yusifova hesabat məruzəsinə münasibət bildirərək qənaətbəxş hesab etdiklərini qeyd ediblər.

Hesabat məruzəsi səsə qoyularaq, qəbul edildikdən sonra aparılan müzakirələrin nəticəsi olaraq Şölə İsmayılova yenidən ərazi ilk partiya təşkilatınn sədri, Mənsurə Məmmədova sədr müavini seçilib.

Yığıncaqda çıxış edən YAP Binəqədi rayon təşkilatının baş təlimatçısı Kubra Əliyarlı rayon təşkilatının fəaliyyətindən danışaraq, görülən işlər və qarşıya qoyulan vəzifələr haqqında məlumat verib.

Yığıncağın sonunda partiya sıralarına yeni üzv qəbul edilən şəxslərə yeni partiya üzvlük vəsiqələri təqdim edilib.

ZÜMRÜD

Digər xəbərlər