PDF Oxu

Sosial

  • 1 646

"20 Yanvar" metrostansiyasında törədilən təxribatdan 23 il ötür

"20 Yanvar" metrostansiyasında törədilən təxribatdan 23 il ötür

1994-cü il 19 mart erməni terrorçularının qanlı terror tarixi

"20 Yanvar" metrostansiyasında törədilən təxribatdan 23 il ötür. Azərbaycanın ictimai-siyasi həyatına terror aktı kimi daxil olmuş 1994-cü il 19 mart tarixi də paytaxtmızda törədilən bu akt insanlığa qarşı düşünülmüş şəkildə hazırlanmış plan əsasında həyata keçirilmişdir. Xalqımız Novruz bayramı ərəfəsində olduğu bir zamanda qəfil törədilən hadisə insanların ovqatına hədsiz dərəcədə pis təsir etmiş, xəbərdən təsirlənən şəxslər bu terror aktının törədicisi olan simasızlara nifrət və qəzəbini gizli saxlaya bilməmişdilər.

Qeyd edək ki, erməni terrorizmi 1994-cü il iyulun 3-də Bakı metrosunun "28 May" və "Gənclik" stansiyaları arasında qatarlarda da törədilən partlayış olmuş, nəticədə, 13 nəfər həlak olmuş, 42 nəfər yaralanmışdır. Terror aktını törədməktə şübhəli bilinən Azərbaycan vətəndaşı Azər Aslanov Moskva şəhərində həbs olunub və Azərbaycana ekstradisiya edilib. 1998-ci ildə A.Aslanov öz ifadələrində bildirib ki, o, Bakı metropolitenində teror aktı törədmək göstərişini erməni əsirliyində olarkən, erməni yazıçısı Zori Balayandan alıb. Məhkəmənin hökmü ilə Azər Aslanova ömürlük həbs cəzası verilib. İstintaq nəticəsində, müəyyən edilib ki, 1994-cü il yanvarın 13-də Qarabağda erməni əsirliyinə düşmüş Azər Aslanov Ermənistanda olarkən, erməni xüsusi xidmət orqanları ilə əməkdaşlığa cəlb edilib. Belə ki, onu azad etmək bahanəsi ilə 16 iyun 1994-cü ildə anası Tədjibat Aslanova ermənilər tərəfindən Yerevana dəvət olunur, Azər Aslanova isə anasının qirov olduğunu və onun azad olunması üçün Bakı metropolitenində partlayış təşkil etməli olduğu bildirilir. Bundan sonra 3 iyul 1994 cü ildə, Yerevan-Mineralniye Vodı-Bakı marşrutu ilə A.Aslanov erməni xüsusi xidmət orqanlarının hazırladıqları saxta sənədlərlə Azərbaycana gəlir, terror aktını törədir və Ermənistana qayıdır, yalnız bundan sonra onun girovluqda saxlanan anası azad edilir və onlar Ermənistanı tərk edirlər.

Terror aktının təlimatçıları, Ermənistan xüsusi xidmət orqanlarının əməkdaşları, polkovnik Karen Baqdasaryan və kapitan Seyran Sarkisyan olublar. A.Aslanovun ifadələri əsasında, məhkəmənin göstərişi ilə Zori Balayana qarşı cinayət işi açılıb, 1999-cu ildə Azərbaycanın Baş Prokurorluğunun təqdimatı əsasında Z.Balayan "İnterpol"un xətti ilə beynəlxalq axtarışa, sonra isə, MDB dövlətlərində beynəlxalq axtarışa verilib. 2001-ci ildə erməni tərəfinin müraciəti əsasında "İnterpol" Z.Balayanı axtarışda olan şəxslər siyahısından çıxarıb.

Beləliklə, hələ bu gün də erməni terroru Azərbaycana qarşı siyasətini davam etdirməkdədir. Ermənistanın bu cinayətkar siyasətinin davamlılığını sübut edən fakt, ondan ibarətdir ki, təkcə XX əsrdə azərbaycanlılar 4 dəfə - 1905-1907-ci, 1918-1920-ci, 1948-1953-cü və nəhayət, 1988-1993-cü illərdə erməni millətçiləri tərəfindən törədilən terror aktları, soyqırımı və etnik təmizləmələrə məruz qalmışdır. Eləcə də, hazırda Ermənistan terrorizmi bir dövlət siyasətinə çevirərək, bundan Azərbaycana qarşı istifadə edir.

Bu işğalçı dövlətin yürütdüyü təcavüzkar siyasət 27 ildən artıqdır ki, dünya ictimaiyyətinin gözü qarşısında baş verir. Münaqişənin nizama salınması prosesində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilk növbədə, sülh variantına üstünlük verir. Lakin Prezident İlham Əliyev Azərbaycan xalqı və dövlətinin bu işğal, etnik təmizləmə siyasəti və torpaqlarımızın, müvəqqəti olaraq, itirilməsi ilə heç vaxt barışmayacağını bildirməklə yanaşı, öz torpaqlarımızı azad etmək üçün tam əsasımızın olduğunu və bunun beynəlxalq hüquq normaları ilə təsdiq etdiyini dəfələrlə vurğulayıbdır.

R.HÜSEYNOVA

Digər xəbərlər