Dünən YAP Xaçmaz rayon təşkilatının fəal gəncləi milli qəhrəman Çingiz Qurbanovun məzarını ziyarət ziyarət edərək, önünə gül dəstələri qoyublar.
Təşkil edilmiş 40 mərasimi ilə bağlı tədbirdə milli qəhrəmanın həyat yoluna nəzər salınıb, onun göstərdiyi şücaət və qəhrəmanlıqdan bəhs edilib. Qeyd olunub ki, Çingiz Qurbanov qısa ömür yaşasa da, canını Vətən yolunda fəda etməsi ilə özündən sonra gənclərə örnək olacaq bir ad-san qoyub gedib.
Keçirilən görüşdə milli qəhrəmanın atası Salman Qurbanov torpaqlarımızın azadlığı uğrunda canından keçən oğlu ilə fəxr etdiyini, övladının qisasının döyüş yoldaşları tərəfindən alınacağına əmin olduğunu deyib.
Tədbir zamanı qeyd olunub ki, Azərbaycanın hər yerində Çingizin qəhrəmanlığından, onun Vətən sevgisindən danışılır. İndi Qusarın Həzrə kəndi haqqında bütün ölkə vətəndaşlarının xəbəri var. Prezident İlham Əliyev Çingizin qəhrəmanlığını, fədakarlığını, Vətənə bağlılığını layiqincə qiymətləndirərək, ona Azərbaycanın Milli Qəhrəmanı adını verdi. Çingiz kimi Vətən oğullarının xatirəsi qəlbimizdə daim yaşayacaq.
Tədbirdə müdafiə naziri Zakir Həsənov çıxış edib.
Həmçinin, sonda Müdafiə Nazirliyi tərəfindən milli qəhrəman Çingiz Qurbanova həsr edilmiş kitabın ilk nüsxəsi şəhidin atası Salman Qurbanova təqdim edilib.
R.KAMALQIZI