PDF Oxu

Sosial

  • 1 401

Köçkünlərə növbəti qayğı

Köçkünlərə növbəti qayğı

Nəsimi icra hakimiyyəti köçkünləri işlə təmin etdi

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın Sədrliyi ilə 9 mart 2017-ci il tarixdə keçirilən müşavirədə verilmiş tapşırıqların icrası ilə bağlı Nəsimi rayonunda müşavirə keçirilib. İH-dən verilən məlumata görə, Nəsimi rayon icra hakimiyyətinin təşəbbüsü ilə rayonun ən böyük müəssisələrindən biri olan "Bakı Tikiş Evi" SC-də məcburi köçkünlərin işlə təmin olunması üçün yeni iş yerlərinin açılması istiqamətində müəyyən işlər görülür.

Nəsimi rayon icra hakimiyyəti başçısının I müavini Gülarə Verdiyeva "Bakı Tikiş Evi" SC-də olaraq yeni işə götürülmüş məcburi köçkünlərlə görüşüb. "Bakı Tikiş Evi" SC-nin baş direktoru Fidail Rəhimov çıxış edərək bildirib ki, hal-hazırda müəssisələrində 150-yə yaxın məcburi köçkün işlə təmin olunub. Gələcəkdə də yeni iş yerlərinin açılması istiqamətində müəyyən işlər görüləcək.

R.HÜSEYNOVA

Digər xəbərlər