PDF Oxu

Sosial

  • 1 355

Tərtərdə azərbaycanlıların soyqırımı ilə bağlı anım mərasimi keçirilib

Tərtərdə azərbaycanlıların soyqırımı ilə bağlı anım mərasimi keçirilib

Dünən YAP Tərtər rayon təşkilatı və Tərtər rayon icra hakimiyyətinin birgə təşkilatçılığı ilə 31 Mart -Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş ümumrayon toplantısı keçirilib. Toplantı iştirakçıları əvvəlcə rayonda şəhidlərin xatirəsinə ucaldılnış abidə-kompleksini ziyarət edərək, önünə gül-çiçək dəstələri qoyublar. Həmçinin, toplantı iştirakçıları 31 Mart-Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş rayon məktəblilərinin rəsm işlərindən ibarət sərgiyə baxıblar. Sonra 31 Mart- Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar Tərtər Cümə Məscidinin axundu Sadiq Cəfərov tərəfindən şəhidlərin ruhuna quran oxunub, onların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Anım mərasimində Tərtər rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov çıxış edərək, bildirib ki, son 200 ildə ermənilərin zaman-zaman azərbaycanlılara və türklərə qarşı həyata keçirdikləri məkrli planlardan, bu illər ərzində minlərlə azərbaycanlının qətliama məruz qalmalarından, uzun illər ermənilərin törədikləri vəhişiliklərin üzə çıxarılmamasından, yalnız, Ulu Öndər Heydər Əliyevin ikinci dəfə müstəqil Azərbaycan Respublikasının Prezidenti seçildikdən sonra Onun 1998-ci ildə verdiyi Sərəncama əsasən, 31 Mart-Azərbaycanlıların Soyqırımı günü kimi qeyd olunur.

Tədbirdə Qarabağ müharibəsi əlili Nizami Heydərov, YAP Tərtər rayon təşkilatı aparatının baş məsləhətçisi Eldar Əsədov, şəhər 5 saylı tam orta məktəbin şagirdi İlhamə Əliyeva, Qaraağacı kənd tam orta məktəbinin tarix müəllimi Rəşad Qarayev çıxış edərək, Azərbaycanın bir qarış torpağının belə düşmənin işğalı altında qalmayacağına inandıqlarını, Azərbaycan xalqının soyqırımı qurbanlarının xatirəsini unutmayacağını bildiriblər.

AYTƏN

Digər xəbərlər