PDF Oxu

Sosial

  • 1 251

YAP Şəmkir rayon təşkilatında 31 Mart Azərbaycanlıların Soyqırımı qurbanları yad edildi

YAP Şəmkir rayon təşkilatında 31 Mart Azərbaycanlıların Soyqırımı qurbanları yad edildi

Dünən YAP Şəmkir rayon təşkilatında 31 Mart Azərbaycanlıların Soyqırımı qurbanlarının və 2016-cı ilin aprel döyüşlərində həlak olan şəhidlərimizin xatirəsinə həsr olunan anım təbdiri keçirilib. Rayon təşkiltı qərərgahının akt zalında keçirilən tədbiri YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev giriş sözü ilə açaraq, soyqırımı qurbanlarının xalqımız tərəfindən hər zaman böyük ehtiramla yad edildiyini bildirib.

F.Vəliyev onu da qeyd edib ki, 1998-ci il martın 26-da Ümummilli Lider Heydər Əliyev tərəfindən imzalanmış "31 Mart Azərbaycanlıların Soyqırımı Haqqında" Fərman tarixi həqiqətlərin araşdırılması və dəyərləndirilməsi baxımından mühüm sənəddir.

Tədbirdə Şəmkir rayon Mədəniyyət Mərkəzinin direktoru, YAP fəalı Tural Əliyev, rayon gənclər birliyinin sədri Emin İsmayılov rayon mədəniyyət və turizm şöbəsi ilk partiya təşkilatının sədri Cavanşir Pirverdiyev, rayon təşkilatı qadınlar şurası idarə heyətinin üzvləri Aləmzar Hüseynova, Rəfiqə Mürsəlova, rayon təşkilatı şurasının üzvü Şaməddin Abdullayev və başqaları çıxış edərək, törədilən qanlı hadisələrə görə ermənilərin tarix qarşısında cavab verəcəklərinə əminliklərini bildiriblər.

R.KAMALQIZI

Digər xəbərlər