Nizami rayon icra hakimiyyəti və Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatı birgə tədbirlərə start verib
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibətilə və Azərbaycanda keçirilən IV İslam Həmrəyliyi Oyunlarına dəstək məqsədilə Nizami rayon icra hakimiyyəti və Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatı birgə tədbirlərə start verib. Belə tədbirlərdən biri kimi futbol üzrə "Həmrəylik kuboku" turniri keçirilib.
16 komandanın iştirak etdiyi yarış Olimpiya sistemi üzrə təşkil olunub. Yarışda yüksək əzmkarlıq nümayiş etdirən Azərbaycan Rus İcmasının Nizami rayon şöbəsinin, YAP Nizami rayon təşkilatının və "Gənclər"in komandaları müvafiq olaraq birinci, ikinci və üçüncü yerləri tutub.
Yarışdan əvvəl keçirilən açılış mərasimində çıxış edən YAP Nizami rayon təşkilatının aparat rəhbəri Ramil Vəlibəyov, Azərbaycan Rus İcmasının Nizami rayon şöbəsinin sədri Vitaliy Kovalyov və başqaları Ümummilli Lider Heydər Əliyevin Azərbaycanın dövlətçilik tarixində mühüm yer tutduğunu və müasir müstəqil dövlətimizin hərtərəfli inkişafının əsasını qoyduğunu söyləyiblər.
Çıxışlarda ölkəmizdəki tolerant və multikultural mühit barədə danışılıb, Prezident İlham Əliyevin 2017-ci ili "İslam Həmrəyliyi İli" elan etməsi haqqında Sərəncamı yüksək dəyərləndirilib və Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarına Nizami rayon gənclərinin dəstəyi ifadə edilib.
RÖVŞƏN