PDF Oxu

Sosial

  • 1 456

"Seçkilərin nəticəsi Ermənistanı uçuruma aparır"

"Seçkilərin nəticəsi Ermənistanı uçuruma aparır"

Kamran Nəbizadə: "Seçki saxtakarlığı erməni cəmiyyətində vətəndaş qarşıdurmasını bir qədər də dərinləşdirəcək"

Ermənistanda 2 aprel parlament seçkilərinin saxtakarlıqla keçirilməsi ölkədəki vətəndaş qarşıdurmasını bir qədər də gücləndirib. Artıq siyasi ekspertlər Ermənistanın, xüsusilə də, Serj Sarkisyanın aqibətinin acınacaqlı olacağını bildiriblər. Söhbət etdiyimiz millət vəkili Kamran Nəbizadə bildirdi ki, Sarkisyanın kütləvi seçki saxtakarlığına yol verməsi ölkədə vətəndaş qarşıdurmasını daha da alovlandıracaq: "Parlament seçkiləri saxtakarlıq və qanun pozuntuları ilə müşahidə olundu. Rəsmi mənbələr cəmi 157 şikayət ərizəsi haqda məlumat verirsə, müstəqil müşahidəçilər və müxalif qüvvələr 2000-ə yaxın ciddi qanun pozuntusunun olduğunu bildirirlər. Bu da təbiidir, Ermənistanda hər dəfə prezident və parlament seçkiləri belə saxtakar mühitdə keçirilir, hətta 2008-ci ildə prezident seçkilərində yol verilən qanun pozuntuları irimiqyaslı iğtişaşlara və qanlı hadisələrə səbəb olmuşdur. Buna baxmayaraq, bu ənənə davam edir. Məqsəd birdir: "Sarkisyan və onun tərəfdaşlarının hakimiyyətdə qalmaları və Ermənistanın təbii sərvətlərini və iqtisadiyyatını şəxsi mənafeləri üçün nəzarətdə saxlamalarıdır".

Millət vəkilinin sözlərinə görə, burda təəccüb doğuran məqam ondan ibarətdir ki, beynəlxalq qurumlar və təşkilatlar seçki saxtakarlığını görmək istəmir və Ermənistanda baş verən insan haqları sahəsində pozuntusuna göz yumurlar: "Seçki saxtakarlığı erməni cəmiyyətində vətəndaş qarşıdurmasını bir qədər də dərinləşdirəcək. Amma bu etirazın nə formada üzə çıxacağını söyləmək çox çətindir. Seçki nəticələrinin erməni ictimaiyyətinə təsirinin nə qədər olduğunu, məhz sonrakı hadisələr göstərəcək. Sarkisyan və seçkidə qalib gələn partiyalar Dağlıq Qarabağ məsələsində sərt mövqedən çıxış edirlər. Sarkisyan və onun əhatəsi erməni ictimaiyyətini hər zaman Dağlıq Qarabağ problemində sərt mövqe tutmağa çağırıblar və məhz bu problemin mövcudluğu ilə Ermənistanın cari iqtisadi və siyasi problemlərinə bəraət qazandırıblar. İndiki halda Sarkisyan hər hansı bir kompromisdən bəhs etsə, ictimaiyyət bunu etirazla qəbul edəcək və ondan soruşacaqlar: bu halda, niyə Ermənistanın inkişafı naminə kompromislərə on il əvvəl getmədik? Bu sual verilərsə, bu, Sarkisyanın siyasi karyerasının sonu olacaq. Bu proses paradoksaldır və bir-birinə bağlıdır. Nəticədə, konstruktiv qüvvələr Ermənistanın siyasi həyatından kənarda qalır, qərarları yenə də "müharibə partiyaları" verir və bu da gələcəkdə həm ölkəyə, həm də erməni xalqına böyük problemlər yaradacaq".

"Ermənistanın keçmiş müdafiə naziri Seyran Ohaniyan bəyan edir ki, işğal olunmuş Azərbaycan əraziləri azad edilməlidir. Dünən hakimiyyətdə olan bu şəxsin bu gün müdafiə naziri vəzifəsindən çıxdıqdan sonra belə bir açıqlama ilə çıxış etməsi nədən irəli gəlir" sualına cavab olaraq, millət vəkili K.Nəbizadə bildirdi ki, "Ohaniyan-Raffi-Oskanyan" bloku barışdırıcı və kompromislər siyasətinin tərəfdarlarıdır və "sülh partiyası" adlandırılır. Bu da təbiidir, çünki bu blokun rəhbərliyində olan insanlar Dağlıq Qarabağ problemini dərindən bilirlər və proseslərin içində olublar: "Ter-Petrosyan siyasi danışıqların başında olub ölkə başçısı kimi Ohaniyan Azərbaycanın hərbi durumundan və Ermənistan ordusunun nə qədər acınacaqlı vəziyyətdə olduğundan xəbərdardır. Çünki Oskanyan xarici işlər naziri kimi uzun illər sülh danışıqlarında iştirak edib. Məhz buna görə də, onlar Ermənistanda real vəziyyətin necə olduğunu, regionda güc balansının və proseslərin gələcək perspektivlərini gözəl anlayırlar. Müstəqil olduqlarına görə bunu açıq şəkildə bəyan edir və ölkə ictimaiyyətinə çatdırırlar. Əfsuslar olsun ki, Sarkisyan hakimiyyətinin ideoloji siyasəti nəticəsində, Ermənistan əhalisinin böyük bir hissəsi bu həqiqətləri başa düşmür və yaxud qəbul etmək istəmir. Bu isə, ona gətirib çıxarır ki, işğalçı siyasət davam edəcək, Dağlıq Qarabağ probleminin həlli çətinləşəcək və bununla da, Ermənistanın siyasi və iqtisadi durumu gündən-günə ağırlaşacaq. Ermənistan növbəti dəfə sülh və inteqrasiya əvəzinə işğal, müharibə və izolyasiya siyasətini seçir və bu da ölkəni uçuruma aparır".

GÜLYANƏ

Digər xəbərlər